Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Aktual / “Fərizə özünə qəsd edib, şəhid sayıla bilməz” — PSİXOLOQDAN CANLI EFİRDƏ QALMAQALLI SÖZLƏR

“Fərizə özünə qəsd edib, şəhid sayıla bilməz” — PSİXOLOQDAN CANLI EFİRDƏ QALMAQALLI SÖZLƏR

“Space” telekanalında Kamran Həsənlinin aparıcılığıyla yayımlanan “Onda başladıq” verilişində psixoloq Könül Cəfərova gözlənilməz fikirlər səsləndirib.
“Ölkə.Az”ın məlumatına görə, hüquqşünas Türkel Süleymanlının Milli Qəhrəman Mübariz İbrahimovla 20 yanvar hadisələrində şəhid olmuş İlham və Fərizəni müqayisə etməsi psixoloq tərəfindən etirazla qarşılanıb:
“İlham və Fərizə əsl Leyli və Məcnundur. Biz Mübariz İbrahimovu və İlhamla Fərizəni real qəhrəmanlarımız kimi təbliğ edə bilərik. Fərizə Şəhidlər Xiyabanında güllə dəymədən ölən yeganə şəhidimizdir”.
Hüquqşünasın bu fikirlərinə qarşılıq verən psixoloq Fərizəni şəhid saymadığını söyləyib:
“Özünə qəsd etmək şəhidlik zirvəsi demək deyil ki. İnsan sevgisini içidə qoruyub saxlayaraq da yaşaya bilər. Mübariz İbrahimovla İlham və Fərizə başqa mövzulardır. Biz nəyi təbliğ edirik. Kiminsə həyat yoldaşı şəhid olursa, o da intihar etməli deyil ki”.
Verilişin aparcısı Kamran Həsənli isə Fərizəni sevgi şəhidi adlandırıb:
“Onun həm vətəninə, həm də həyat yoldaşına böyük sevgisi olub”.

Həmçinin oxuyun

Bərdəyə raket atəşi nəticəsində yaralananların vəziyyəti ağırdır

Bu gün günorta saatlarında Bərdə rayonuna atılan raket atəşi nəticəsində xeyli sayda mülki vətəndaşımız xəsarət …