Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Aktual / Fərhad Əliyevin 38 yaşlı qohumu nazirin birinci müavini təyin olunub

Fərhad Əliyevin 38 yaşlı qohumu nazirin birinci müavini təyin olunub

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilib. Bu vəzifəyə Əli Abdullayev İzzət oğlu təyin edilib.

Qeyd edək ki, bundan öncə Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşənə qədər Ə.Abdullayev 23.06.2016-cı il tarixindən rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini vəzifəsində işləyib.

Ə.Abdullayev 1979-cu ildə Cəlilabad rayonunda anadan olub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə, hüquqşünaslıq ixtisasları üzrə təhsil alıb. Əli Abdullayev 2001-2006-cı illərdə (22 yaşında) Əmlak Məsələləri Dövlət Komitəsində Hüquq şöbəsinin müdiri, 2007-ci ildən Hərracların Təşkili üzrə Auksion Mərkəzinin baş direktoru vəzifələrində işləyib. Mətbuatda, Əli Abdullayevin cavan yaşında birdən-birə yüksək vəzifəyə təyin olunmasında sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin xüsusi rolundan yazıblar.

Əli Abdullayev də Fərhad Əliyevlə həmyerlidir, əslən Cəlilabad rayonundandır. Eyni zamanda onların arasında qohumluq münasibətlərinin də olduğu bildirilir. Əli Abdullayevin atası İzzət Abdullayev ötən əsrin 70-ci illərində Cəlilabad Rayon İcraiyyə Komitəsinə rəhbərlik edib. Sonralar Biləsuvar və Cəlilabad rayonlarında suvarma idarələrinin rəisi, Meliorasiya və Su Təsərrüfatı Komitəsində məsul vəzifədə işləyib. Respublikanın əməkdar mühəndisidir. Fərhad Əliyevin yüksəlişində də bir qohum kimi Əli Abdullayevin atasının ciddi dəstəyi olub. Sabiq nazir də bunun qarşılığı olaraq, onun oğlunu ali məktəbi bitirən kimi yüksək vəzifəyə təyin edib.

criminalaz.com

Həmçinin oxuyun

Paşinyan məmurları əvəzləməklə vaxt udmağa çalışır

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Ordusu qarşısındakı ardıcıl məğlubiyyətlərini cəmiyyətə heç cür izah edə …