Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Fərhad Əhmədovun şirkəti ləğv olunur

Fərhad Əhmədovun şirkəti ləğv olunur

Oktyabrın 25-də “Aznar” QSC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

” Azinforum.az ” “APA-Economics”ə istinadən xəbər verir ki, iclasın gündəliyinə “Aznar” QSC-nin ləğv edilməsi, ləğvetmə komissiyasının təyin edilməsi və ləğvetmə ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi kimi məsələlər daxildir.

“Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar növbədənkənar ümumi yığıncağın çağırılmasına 15 gün qalmış gündəliyə daxil olan məsələlər üzrə müvafiq materiallarla Teymur Əhmədov adına “Aznar” QSC-nin inzibati binasında tanış olmaq hüququna malikdirlər”, – deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, şirkətin təsisçi və majoritar səhmdarı milyarder Fərhad Əhmədovdur. Həmçinin F. Əhmədov 2012 ildən “Aznar” Direktorlar Şurasının sədridir.
***
“Qafqazinfo” xatırladır ki, məşhur iş adamı bir müddət əvvəl eks-həyat yoldaşı Tatyanaya Əhmədova ilə bağlı qalmaqalda gündəmə gəlmişdi. Belə ki, London məhkəməsi xanım Əhmədovanın lehinə qərar verərək biznesmenin 584 milyon dollar təzminat ödəməli olduğunu açıqlamışdı.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın