Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Aktual / “Fərəc Quliyev səsyazısında hamını söyür” – Mehman səs yazısını tam yayacaq

“Fərəc Quliyev səsyazısında hamını söyür” – Mehman səs yazısını tam yayacaq

Xəbər verdiyimiz kimi, 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Mehman Hüseynov MSK-ya həmin dairənin digər namizədi Fərəc Quliyevlə bağlı şikayət edib.

“Qafqazinfo” xəbər verir ki, həmin iclasda iştirak edən M. Hüseynov bildirib ki, Fərəc Quliyevin namizədliyi ləğv edilməlidir: “Biz beynəlxalq aləmə bu gün göstərməliyik ki, islahata, şəffaf seçkiyə meyilliyik. Mənim qorxacağım heç nə yoxdur. İstəyirsiz namizədliyimi ləğv edin. Fərəc Quliyevin oğlu xərçəng olduğuma görə mənə gülürdü. Bütün səsyazmanı təqdim etməyə hazıram. O, səsyazısında hamını söyür. Bizim dairəni xüsusi nəzarətə götürün”.

MSK sədri bildirib ki, dairə ciddi nəzarətdə saxlanılacaq: “Səsvermə günü həmin dairədə gedən prosesləri ciddi nəzarətdə saxlayacağıq”.

Həmçinin oxuyun

İsraildə böhran, yoxsa Baydenə görə siyasi dizayn (ŞƏRH)

“Baydenin qələbəsindən sonra regionda və qlobal miqyasda kartlar yenidən paylanır”.Bu sözləri politoloq Şahin Cəfərli İsraildə …