Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Aktual / “Eybi yox, 5 il də bir şey deyil” – Tacir həbs olunan Fədayə haqqında Tarix: Bu gün, 13:00

“Eybi yox, 5 il də bir şey deyil” – Tacir həbs olunan Fədayə haqqında Tarix: Bu gün, 13:00

Tacir Şahmaloğlu ötən gün Bakıda məhbusların nəzarət altından qaçmasında təqsirləndirilərək 5 il azadlıqdan məhrum edilən müğənni Fədayə Laçının cəzasına narazılığını bildirib.

Primetime.az xəbər verir ki, T.Şahmaloğlu məhkəmə qərarının onun üçün gözlənilməz olduğunu, keçmiş duet ortağının cəzasını ağır hesab etdiyini qeyd edib. Tacir apelyasiya şikayəti verəcəkləri təqdirdə Fədayənin cəzasının xeyli yüngülləşdiriləcəyinə ümid etdiyini də sözlərinə əlavə edib:

“Aramızdan ürək dostumuz gedib. Dua edirəm ki, Allah onun qapısın açsın. Mən əslində onun əfv ediləcəyini gözləyirdim. Amma eybi yox, 5 il də bir şey deyil. Apelyasiya məhkəməsindən sonra, fikirləşirəm ki, cəzası yüngülləşdiriləcək. Ürəyimə damıb ki, onu yüngül bir cəza ilə azadlığa buraxacaqlar. Çünkü onun nə günahı var ki? O, günahsız bir insandır. Fədayə “çujoy-paxmel” getmişdi. Fədayə elə insan deyil axı. O, heç vaxt kriminal olmayıb. Hər bir gözəl insani xüsusiyyət onda var. Fədayə sadəcə kiminsə güdazına getdi”.

Qeyd edək ki, dünən Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilən xanım sənətkar Fədayə Laçının vəkili Nurəngiz Qarayeva qərardan narazı olduqlarını bildirib:

“Biz hökmlə razı deyilik. Hələ ki, hökmü almamışıq. Hökmü alandan sonra apellyasiya şikayəti verəcəyik. Yəqin ki, qərarı yeni ildə alacağıq. Hökm alınandan sonra apellyasiya şikayəti hazırlayıb məhkəməyə təqdim edəcəyik”.

Həmçinin oxuyun

Fərman İsmayılovun nəşi yanvarın 26-da yola salınacaq – XİN

Türkiyəyə məxsus gəmiyə dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü Fərman İsmayılovun …