Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Evtanaziya:”Şəfqətli ölüm”, yoxsa ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə?! – Araşdırma

Evtanaziya:”Şəfqətli ölüm”, yoxsa ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə?! – Araşdırma

Azərbaycan Respublikası Konstitusiyasının 40-cı maddəsinin II hissəsi tarixi, mədəni və mənəvi irsə hörmətlə yanaşmanı, tarixi və mədəniyyət abidələrinin qorunmasını hər birimizin qarşısında önəmli vəzifələrədən biri kimi qoyur.

Dövlət özü maddi-mədəniyyət abidələrimizin və milli-mənəvi dəyərlərimizin qorunmasını daim diqqət  mərkəzində saxlasa da, bütövlükdə cəmiyyətin buna səfərbər edilməsi çox vacib və zəruridir. Çünki son vaxtlar əsasən Qərbdən axıb gələn və milli-mənəvi dəyərlərimizə, əxlaqımıza ziddi təlimlərin, ideoloji baxışların qarşısını yalnız bütövlükdə dövlət-cəmiyyət əlaqələrini, imkanlarını bu istiqamətə səfərbər etməklə almaq mümkündür.

Hazırda Qərb dəyərləri qlobal miqyasda nə qədər cəlbedici təqdim edilsə də, onun gerçək mahiyyətində millətləri öz soy-kökündən, adət-ənənlərindən və milli-mənəvi dəyərlərindən uzaq salmağın durduğu artıq hər kəs, elə Qərb alimlərinin özləri tərəfindən də etiraf edilməkdədir. Məsələn, ingilis alim Riçard Belli bunu yığcam şəkildə belə ifadə edib: “Avropa böyük tənəzzül qarşısındadır. Üzdə olan dəbdəbə və cəh-cəlalın arxasında özünəqəsd, ruhi xəstəliklər, əxlaqsızlıq, narkomaniya və alkoqolizm, qarət, zorlama, zöhrəvi xəstəliklərin görünməmiş vüsəti durur. Qarşılıqlı məhəbbət və inam yoxa çıxıb. Ölüm qorxusu hamını vahiməyə salır. Ailənin bütövlüyü sarsılmış və onun üzvləri arasında əlaqələr kəsilmişdir…”.

Bunu biz çağımızın Qərbində – ABŞ və digər Qərb ölkələrinin müasir həyat tərzlərində də aydınca görürük: eynicinslilərin nikahına icazə verilib, sving-klublar yaradılıb (bu klub üzvləri keçirilən şənliklərdə öz arvadını başqa klub üzvünün arvadı ilə dəyişir və s.), evtanaziya leqallaşdırılıb, bir sözlə, mənəvi dəyərlər tənəzzülə uğrayıb…

Ən pisi və təhlükəlisi odur ki, Qərbin bu ideoloji baxışları və həyat tərzinin əsrlər boyu belə tendensiyalara qarşı çıxan ölkələrdə, o cümlədən Azərbaycanda və yenicə müstəqillik əldə etmiş digər keçmiş sovet respublikalarında sürətlə yayılmasına səy göstərilir, bu məqsədlə milyonlarla vəsait xərcləyərək həmin ölkələrin milli-mənəvi dəyərlərini məhv etməyə çalışırlar.

Qeyd edək ki, bu hal hətta ölkə prezidenti səviyyəsində belə, dilə gətirilib. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında vurğulayıb ki, bəzi xarici dövlətlər milli-mənəvi dəyərlərimizi sarsıtmaq, bizi öz kökümüzdən ayırmaq istəyirlər və buna qarşı ciddi tədbirlər görmək lazımdır: “Biz əsrlər boyu başqa ölkələrin, imperiyaların tərkibində yaşamışıq, ancaq öz milli mənəviyyatımızı, dinimizi, dilimizi, adət-ənənələrimizi qorumuşuq və bu gün də qoruyacağıq”.

Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2016-cı il tarixli sərəncamı ilə 2016-cı ilin Azərbaycan Respublikasında “Multikutralizm ili” elan edilməsi də əslində elə bu siyasətin tərkib hissəsidir.

Hazırda xarici ölkələrdən “ixrac” edilən və mənəvi dəyərlərimizə zidd olan təlimlər çoxşaxəli istiqamət almaqla, müxtəlif fəsadverici ideyaların gerçəkləşdirilməsi təşəbbüslərində ortaya çıxır ki, aşağıda barəsində geniş duracağımız belə təşəbbüslərdən biri də evtanaziya haqqındadır.

evtanaziya-1

Evtanaziya nədir və o, hansı ölkələrdə tətbiq edilir?

 

Hazırda evtanaziya sağalmayan xəstəlikdən əziyyət çəkən xəstələrin öz arzuları ilə ölümlərini həyata keçirilməsi kimi əsaslandırılsa da, bu anlayış XX əsrin ikinci yarısında nadir əxlaqi və qanuni fenomen kimi ortaya çıxıb.Evtanaziyanın yaranma tarixini və mahiyyətini araşdırdıqda isə, onun ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, həm də ifrat formada mənəviyyatsızlıq və vəhşiliklə bağlı olduğunu asanlıqla görmək mümkündür (Xatırladım ki, bu  məsələ ilə bağlı hələ 2004-cü ildə “Qanun” jurnalında mərhum diplomat və peşəkar hüquqşünasNazim Hüseyn oğlu Əliyevlə birlikdə geniş məzmunda məqalə dərc etmişdik – Z.Ş)

Üstəlik, evtanaziya Azərbaycan Respublikasının milli-mənəvi dəyərləri ilə yanaşı, mövcud qanunvericiliyi – cinayət, tibbi, etik və dini norma və təlimləri ilə də ziddiyyət təşkil edir və bir sıra ağır cinayətlərlə sıx bağlı hal kimi qəbul edilir.

Buna baxmayaraq, müasir dövrdə qərb dövlətlərində əsas götürülən “bütün insanların öz həyatlarını sərbəst həll etmək hüququ var və hər bir şəxs öz seçimində sərbəstdir” prinsipinə söykənən bəzi şəxslər insanın öz ölümünə razılıq verməsinin gərəkliyini də onun əsas hüquqları sırasına daxil etməklə, evtanaziyanın Azərbaycanda da tətbiqinin tərəfdarı kimi çıxış edirlər və bu zaman digər ölkələrin təcrübəsini misal gətirilər.

Doğrudur, qədim dövrlərdə də evtanaziya mövcud olub, lakin Qədim Yunan və Roma dövlətlərində “özünü öldürmə” həmişə pislənilib.

Orta əsrlərdə İngiltərədə isə özünü öldürmə qəsdən adam öldürmənin sadə növü hesab edilirdi.

Evtanaziya təlimi ilk dəfə XVIII əsrdə ingilis filosofu Frensis Bekon tərəfindən irəli sürülüb. F.Bekonun fikrincə, evtanaziya can verməklə müşahidə edilməyən yüngül və ağrısız ölümdür.

Yaponiyada isə özünüöldürmə samuray ənənəsinin zəruri tərkib hissəsi kimi ortaya çıxıb. Üstəlik, dərhal başa çatan ölümü va ya canverməni iştirakçılar da müşahidə edirdilər.

Yaponiyada “xarakiri” (“qarnıcırma”) özünəqəsdin bir forması olsa da, bu, həmin xalqın tarixi-mədəni ənənələrinin simvolu hesab edilir. Bu qəsdin mahiyyətində isə düşmənin əlinə sağ keçməmək və şərəfli ölüm durur.

1933-cü ildə Almaniyada nasistlər hakimiyyətə gələndən sonra onlar ilk növbədə irsi xəstəliklərin sterilizasiyası haqqında qanun qəbul etdilər. Üçüncü Reyxin “T-4” adlandırılan bu proqramı geniş tətbiq edilməyə başlandı.

İkinci dünya müharibəsi dövründə Almaniyada evtanaziya ilə bağlı qeyd edilən proqrama uyğun olaraq, həbs düşərgələrində insanların öldürülməsi qanuniləşdirildi.

XX əsrin 70-80-cı illərində Hollandiyada da qanunvericilik və tibbi təşkilatların razılığı ilə xəstənin ölümünü asanlaşdıran dərmanların tətbiq edilməsinə icazə verildi.

1980-cı ildə Papa II İohan Pavel evtanaziyanın tətbiqinin əleyhinə Deklarasiya qəbul etdi.

1996-cı ildə Avstraliyanın şimal ərazisində könüllü evtanaziyanın qəbuluna səs verilsə də, 9 aydan sonra Federal Parlament həmin qanunu ləğv etdi.

1997-ci ildə ABŞ-ın Oreqon ştatında “Ləyaqətli ölüm” barədə qanunun qəbuluyla, müəyyən edilmiş şərtlər daxilində özünü öldürməyə kömək edilirdi. Həmin şərtlərə pasientin yaşının 18-dən yuxarı olması, Oreqon ştatında daimi yaşaması, anlaqlı surətdə qərar qəbul etmək imkanının olması, ölümqabağı xəstəliklə bağlı iztirablarının çox olması, eyni zamanda ölümünə ən azı 6 ay qalması kimi amillər daxil idi. Bundan əlavə, xəstənin bir yazılı və iki şifahi müraciəti olmalı, könüllü dərman qəbul etməli idi.

2003-cü il məruzəsinə görə, həmin ştatda “şəfqətli ölüm”lə 171 hadisə qeydiyyata alınmış, evtanaziya ilə bağlı 67 nəfər dərman qəbul edib ölmüş, 2 pasient isə ölüm ayağında olmuşdur. Ümumi müraciət edənlərdən 10 nəfəri isə hələ də yaşayır.

Avropa ölkələrində xüsusən 2001-ci ildə İsveçrənin Milli Soveti evtanaziyanın tətbiqinə icazə verdi.

01 fevral 2002-ci ildə isə Hollandiyada könüllü evtanaziyaya və özünü öldürməyə kömək edilməsinə icazə verildi.

2002-ci ildə Belçikada da, Hollandiyada olduğu kimi, qeyd edilən qanun qəbul edildi…

evtanaziya-33

Kilsə evtanaziyası – “Korda təlimi”

 

XX əsrin 90-cı illərində ABŞ-da Kiriş Kordanın rəhbərlik etdiyi kilsə evtanaziyasıfəaliyyətə başlamışdı. Bu təşkilatın fəaliyyəti köhnə, lakin həll edilməmiş və nəzarət olunmayan dünyada əhalinin qlobal artımının qarşısını almağa yönəlmişdir. Korda dörd prinsip əsasında – suisid, sodorniya, hannibalizim və mayalanma əleyhinə dərmanlardan istifadə etməklə, bu problemin həll edilməsinin mümkün olduğunu göstərmişdir.

Özlərini kilsə evtanaziyasının yaradıcısı və davamçıları adlandıran kilsə təlimçiləri aclıq, dilənçilik, müharibə və zorakılıqların olmaması üçün əhalinin artım tempinin azaldılmasında evtanaziyanı əsas prinsip kimi götürmüşlər.Onlara görə, evtanaziya sağalmayan xəstəliklər səbəbindən müalicəsi mümkün olmayan və bu əziyyətdən qurtarmaq üçün pasientin öz xahişi ilə ölümünə razılıq verməsidir.

Lakin xəstəlik səbəbindən iztirab, əzab və əziyyət çəkən pasientlərin evtanaziya nəticəsində həyatdan məhrum edilməsi mənəvi-etik cəhətdən həmişə mübahisə mövzusu olub. Nəticədə, bir sıra ölkələr bunu qəbul edib, bir sıra ölkələrdə isə buna qadağa qoyulub. О cümlədən bir çox ölkələrdə bu cinayətə görə xeyli sayda həkimlər pasientlərinin həyatdan getmələrinə kömək etdikləri üçün uzunmüddətli həbs cəzasına məhkum ediliblər.

Qeyd olunanlara baxmayaraq, hazırda Avropa ölkələrində bu məqsədlə yaradılan ictimai birliklərin minlərlə artıq üzvləri vardır.

Kris Kordanın fikrincə, könüllülərin həyatdan getməsi ilahi işdir və kilsə evtanaziyasına daxil olan sektaların üzvləri avtomatik olaraq bu müqəddəs işə cəlb edilməlidir.

Bu məqsədlə dünyanın salamat qalması naminə xüsusi hazırlanmış ayinlər icra edilir və şəxsin əmlakı kilsəyə vəsiyyət olunmaqla nota­rial qaydada qanuni rəsmiləşdirilirdi.

Eyni zamanda zəruri hesab olunurdu ki, könüllü, ölümqabağı buna razılıq verməsi barədə notarius tərəfindən təsdiq edilmiş iltizamı (izahat) təqdim etsin və ölümqabağı xüsusi hazırlanmış təmizləyici dualar oxusun. Bu zaman həyatdan getmə daha layiqli formada,  yəni qan, ağrı, dilin göyərməsi olmadan icra edilirdi. Sektada bu məqsədlə ən optimal variant kimi zəhərləmədən, məsələn, sianiddən və ya güclü dozada narkotikdən istifadə tövsiyə edilirdi.

Kordanın Afrika səfərindən sonra onun təlimi hannibalizmi də evtanaziyanın bir ünsürü olaraq qəbul edirdi. Korda insan əti ilə qidalanan və hannibalizmlə məşğul olan tayfa nümayəndələri ilə görüşündən son­ra bu qərarı vermişdi və məhz bu səfərdən sonra Kris Korda öz davamçıları ilə birlikdə hər gün insan əti ilə qidalanmağa başlamışdı.

Yeri gəlmişkən, eyni adət – hannibalizm vaxtilə ermənilərdə də mövcud olub. Avğan hökmdarı Vaçaqanın qanununa görə, hər kimsə ölü əti yeyərdisə, kahinin camaatla birlikdə həmin şəxsi cəzalandırmaq hüququ var idi.

Amerikanın “Adventura” jurnalına müsahibə verən, adının gizli saxlanılmasını istəyən, Kris Kordanın mərasimlər keçirilən malikanəsində təşkil etdiyi qəbulda iştirak etmiş bir nəfər şəxs gördükləri barədə aşağıdakıları bildirib:

“Biz San-Fransiskoda varlılar yaşayan rayonda yertəşən malikanəyə gəldik. Mərasim başlanmışdı. Korda stullarda oturan və ayaq üstə duran, müxtəlif yaşlarda olan və imkanlı olmaları hiss edilən şəxslərin qarşısında dayanıb çıxış edirdi. Kilsə təmsilçisi (Korda) təhlükəli ekoloji şəraitdə ana təbiətin fəlakət həddində olmasını, doğum və əhali artımının qarşısını almaqla bu prosesin dayandırılmasının zəruriliyini, yəni özünü öldürməyin xeyirli iş olmasını tövsiyə edirdi.

Onun hər sözü ikimənalı olduğu üçün ən peşəkar hüquqşünas belə, özünü öldürməyə çağırışa görə, onu ittiham etməyə əsas tapa bilməzdi.

Mərasimin rəsmi hissəsi qurtardıqdan sonra iştirakçılar ziyafət stoluna dəvət edildilər. Gül çələngləri ilə bəzədilmiş stollara müxtəlif növ içkilər düzülmüşdü və dəvət olunanlara xüsusi döş nişanları taxmış cavan oğlanlar xidmət edirdi. Bizə verilən ət dadlı və şirin idi.

Məni həmin mərasimə dəvət edən tanışımla birlikdə geri qayıdarkən, ona dedim ki, ziyafətdə bizə verilən ət çox xoşuma gəldi. О, mənə mənalı-mənalı baxdı və mərasimdən götürdüyü kitabı mənə təqdim etdi. Kitabın birincı səhifəsində “insan ətindən hazırlanmış yeməklər” sözünü oxuyandan sonra maşını saxlatdırdım. Sarsılmışdım. Əhval-ruhiyyəm pozulmaqla yanaşı, boğazımda ağrı hiss etməyə başlamışdım…”.

К. Korda insan ətini müstəsna qida məhsulu kimi qəbul etməklə, avtoqəza və digər bədbəxt hadisələr nəticəsində həlak olanların ətinin qida kimi istifadə edilərək planetin aclıqdan əziyyət çəkən regionlarına göndərilməsini də tövsiyə edirdi.

K. Kordanın tövsiyələrinə görə, insanları ləziz ətini dadmaq məqsədilə öldürmək kilsə evtanaziya əxlaq qaydalarına ziddir. Hər hansı ağır xəstəlik və ya yayılan xəstəliyə düçar olmuş pasientləri meyitlərinin ətini yemək məqsədilə istifadə etmək olmaz.

Kilsə evtanaziyasının adi şüarları “Məhəbbətlə məşğul olun, lakin dünyaya uşaq gətirməyin”, “Təbiəti qorumaq naminə uşaqlıq yolunu bağlayın”, “Uşaq yoxdur, problem də yoxdur” və sair məzmunda olub.

Sektanın üzvlərinə və mitinqlərdə iştirak edənlərə təşkilatın hesabına pulsuz prezervativ və Kordanın ideyaları olan məlumat kitabçası da verilirdi.

Eyni zamanda onları pulsuz tibbi sterilizasiya (şəxsin nəsilartırma qabiliyyətindən məhrum edilməsi və ya qadının hamiləlikdən qorunması məqsədilə əməliyyat aparma) edirdilər.

Kordanın fikrincə, əhali artımının qarşısını almaq üçün sodomiyahomoseksualizmlə məşğul olmaq lazımdır.

Korda hesab edir ki, kişilər öz davranışları ilə orqanizmlərində milyonlarla spermatozoidlərin olmasını başa düşürlər. Məhz buna görə də kişilər qadınları ələ keçirməyə və onlara hakim olmağa çalışırlar. Nəticədə də dünyada mühafizəkarlıq hökm sürür və insanlar heç cür zorakılıq cinayətlərindən qurtula bilmirlər.

Kordanın fikrincə, sodomiya ilə qədim dövrlərdə də məşğul olmuşlar. Məsələn, qədim Yunanıstanda buna bənzər əxlaqi münasibətləri qəbahət hesab etməmişlər.

2002-ci ildə ABŞ-ın Bruklin şəhərində sektanın təşkil etdiyi toplantıya kütləvi şəkildə maraqlananları cəlb edə biliblər. Plakatlarda “Seksual azlıqlardan əlinizi çəkin”, “Evtanaziya başa düşən insanların hüququdur” və s. şüarlarla çıxış ediblər.

Avropa ölkələrinə gəldikdə, qeyd etdiyim kimi, evtanaziya ilə bağlı qanunvericilikdə indiyədək xeyli dəyişikliklər edilib.

Bu yaxınlarda Böyük Britaniya parlamenti səs çoxluğu ilə evtanaziya ilə bağlı qanun layihəsini qəbul edib. Həmin layihədə göstərilir ki, ölüm ayağında olan xəstə evtanaziya prosesində ölüm dozasında olan dərmanı özü qəbul etməli, hər belə prosesdə iki həkim və Ali Məhkəmənin üzvü iştirak etməlidir. Lakin nəticədə istər İngiltərədə, istərsə də Uelsdə “ölmək hüququ”na təminat verən olmamışdır.

Hollandiyada 2002-ci ildə leqallaşdırılan evtanaziya ilə bağlı pasient qarşısına sərt tələblər qoymaqla yanaşı, ilk növbədə, xəstənin öz arzusunun olması, yaşamaq ümidinin azlığı, özünün sağlam düşüncəsi ilə qərar qəbul etməsi vacib sayılır.

Eyni zamanda 12-16 yaşdan az olmayanların valideynlərinin razılığı da tələb edilir.

Belçikada evtanaziya hüququ Belçika vətəndaşı olan və ölkədə yaşayan şəxsə şamil edilir. Eyni zamanda xəstə fikir və mənəvi əzab çəkməlidir və evtanaziyanın tətbiqi üçün yaxın qohumlar da vasitəçilik etmək hüququna malikdirlər. Həmin qanun evtanaziyanın kommersiya əsasında həyata keçirilməsində vasitəçiliyi də qadağan edir. Müəyyən edilmiş qaydaların pozulmasına görə, təqsirli şəxsin bir il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunması nəzərdə tutulur.

2015-ci ilin sonlarında Almaniya Bundestaqında da bir sıra hallarda insanların könüllü ölümünə icazə verən qanun qəbul edilib. Həmin qanuna əsasən, müalicəsiz xəstəliyə düçar olan xəstələrə və onların qohumlarına “xeyirxah motivdən çıxış edərək” fərdi əsasda evtanaziyanın həyata keçirilməsində vasitəçilik etmək hüququ verilir. Lakin qeyd edilən qanun evtanaziyanın kommersiya məqsədi ilə həyata keçirilməsinə vasitəçiliyi qadağan etməklə, belə hərəkətlərə görə təqsirkar şəxsin üç il müddətinə azadlıqda məhrumedilmə cəzasına məhkum edilməsini də nəzərdə tutur.

Hal-hazırda ABŞ-ın beş ştatında evtanaziya legallaşdırılıb.

Qeyd etmək lazımdır ki, bir sıra xarici ölkələrdə bu sahə üzrə ixtisaslaşmış klinikalar, tibbi mərkəzlər fəaliyyət göstərir. Bu mərkəzlərdən biri İsveçrənin Surixsəhnərində yerləşən “Dignatsis” mərkəzidir. Həmin mərkəzdə son 12 ildə mindən artıq şəxs “şəfqəti ölüm”lə həyatdan məhrum edilib. Həmin mərkəzin rəhbəriLudviq Minel müsahibələrinin birində bildirir ki, dövlət onların fəaliyyətlərinə nəzarət etmir: “Lakin bizim öz qaydalarımız var. Biz evtanaziyanı təbliğ etmirik və buna təşəbbüs də göstərmirik. Kim bizim bu xidmətdən istifadə etmək istəyirsə, mərkəzdə (klinikada) qeydiyyata düşüb üzv olmalıdır. İlk üzvlük haqqı 200 ABŞ dollarıdır, eyni zamanda illik abunə haqqı 80 ABŞ dolları, evtanaziyanın tətbiqi üçünsə 7 000 ABŞ dolları ödənilməlidir”.

Həmin mərkəzə istənilən ölkələrin vətəndaşları müraciət edə bilər və belə müraciətlər də çox olub, məhdudiyyət qoyulmayıb.

Ölümdən sonra meyit yandırılır, külü isə yaxın qohumlarına verilir.

Lakin həmin mərkəzdə xəstənin hansı vəziyyətdə qəbul edilməsi, insan orqanlarının və ya toxumalarının transplatasiyası və alqı-satqısı məqsədilə götürülməsi və s. barədə maraqlı tərəflərə məlumat verilib-verilməməsi məlum deyildir.

Bu yaxınlarda Hollandiyanın “Kliniki onkologiya” jurnalında dərc edilən məqalədə tədqiqat nəticəsində mütəxəssislər belə qənaətə gəliblər ki, pasiyentlər depressiya vəziyyətində olanda evtanaziyaya razılıq verirlər və bu, çox sərfəli biznesdir…

Odur ki, xarici ölkələrdə evtanaziyaya dair qanunvericiliyin, о cümlədən K. Korda təliminin tibbi, dini, mənəvi və hüquqi mahiyyətini şərh etmək çox zəruridir.

 

Azərbaycan qanunvericiliyində evtanaziya: hüquqi, tibbi və dini baxımdan şərhi…

 

Bu təlimdə göstərilən suisid, yəni özünü öldürmə dərəcəsinə çatdırma(Azərbaycan Respublikası Cinayət Məcəlləsinin köhnə redaksiyasının 100-cü, yeni redaksiyasının 125-ci maddəsi) maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma kimi başa düşülür.

Böyük Britaniyanın ensiklopediyasında “sui­sid” termininin izahı aşağıdakı kimi göstərilib: “Heç kəs real olaraq bilmir ki, nə üçün insanlar özlərini öldürürlər”.

Statistik məlumatlara görə, hər 4 suisid nəticəsində 4 ölümdən 3-nü sağlam şəxslər törədirlər. Bu kateqoriyalı cinayət törədənlər ağır depressiya keçirənlər, ağıl zəifliyi olanlar və narkomanlar da ola bilərlər. Səbəblər isə onların lazımi səviyyədə tərbiyə almamaları, natamam təhsil, ailə faciəsi (münaqişələri), ağır tale və s. ola bilər.

Göründüyü kimi, suisid ölkəmizdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsində qeyd edilən tövsifedici əlamətlər olduqda cinayət tərkibiyaranır.

Sodomiya, mayalanma əleyhinə dərmanlardan istifadə isə homoseksualizm və cinsi pozğunluqla bağlıdır.

Tibbi nöqteyi-nəzərdən götürdükdə, cinsi pozğunluq cinsi ehtiyacın patoloji istiqamətdə və təhrif edilmiş formada realizə edilməsidir.

Bu, ilk növbədə, şəxsin normal cinsi əlaqədə olmaqdan məhrum təcrid olunmuş və eynicinsli kollektivdə uzun müddət qalması, fıziki çatışmamazlığı, normal qaydada cinsi əlaqəni icra etməkdə çətinlik çəkməsi, əxlaqsız hərəkətlər göstərməklə erotik və pornoqrafik şəkilləri nümayiş etdirməsi və s. səbəblərlə bağlı ola bilər.

Tibbi nöqteyi-nəzərdən cinsi pozğunluq psixopatiya (psixi pozğunluğu olan şəxslərin dairəsində ümumi əxlaq normalarından kənara çıxan hərəkətlər və s.),oliqofreniya (kəm ağıllıq) və digər psixi xəstəliklər (şizofreniya, epilepsiya) və s. səbəblərdən əmələ gələ bilər. О cümlədən cinsi pozğunluğu zəruri şərtləndirən əlamət daim pozğun üsul icra edilməklə cinsi ehtiyacın təmin olunması başa düşülür.

Bunun tibbi nöqteyi-nəzərdən etiologiya və patogenez səbəbləri nəsillə, bioloji, о cümlədən endokrin, psixogen və sosial faktorlarla bağlıdır.

Odur ki, qeyd edilənlərin əsas səbəbi mikrososial şərait, düzgün olmayan tərbiyə və s. ilə bağlı olur.

Burada əsas yeri homoseksualizm tutmaqla pedofiliya – cinsi münasibətin uşaqlara qarşı yönəlməsi, gerontofiliya – cinsi münasibətin yaşlı və qocalara qarşı yönəlməsi, narsizm – öz bədəninə güzgüdə baxmaq, fotoşəklə baxmaqla cinsi əlaqə, zoofiliya (sodomiya) – heyvanlarla cinsi əlaqədə olma (əsasən sadizmlə icra edilir) və s. ifrat əxlaqsız üsullarla icra edilir.

Homoseksualistlər Ümumdünya Səhiyyə Təşkilatının toplantısında homoseksualizmin xəstəliklər sırasından çıxarılmasını əsas gətirərək onlara münasibətlərin dəyişməsini tələb edirlər. Lakin Azərbaycan Respublikasının milli qanunvericiliyi və konstitusion müddəalara görə, hamı qanunla məhkəmə qarşısında bərabərdir. Odur ki, heç kəsə, o cümlədən homoseksualistlərə və qeyrilərinə hüquq və azadlıqlarında müstəsna hüquq və toxunulmazlıq statusu verilməyib.

Transseksualizm də əsasən kobud formada beynin diferensial strukturunu cinsi davranışda cavabdehliyini və cinsi  mənsubiyyətin  formalaşmasından pozulması, yəni cinsi antoidentifikasiya kimi qiymətləndirilir.

Fikrimizcə, psixoseksual pozuntuları daha geniş şərh etməyə ehtiyacı vardır.

Belə ki, insanın psixoseksual inkişafı anadan olandan başlayır və 26 yaşından cinsi instinktlik, yəni insanın cəmiyyətdə cinsi davranışı psixoseksual istiqamətini müəyyənləşdirir. Psixoseksual inkişafın mərhələlərində normal proseslər pozularsa, onda psixoseksual pozuntular əmələ gəlir. Belə ki, psixoseksual temp (sürəti) və müddətinin pozulması psixoseksual istiqamətin pozulması və nəticədə, cinsi anmoidentifikasiyasının pozulması ilə tamamlanır.

Əgər psixoseksual inkişaf  ləngiyərsə, “narsizm”,  anadangəlmə psixoseksual inkişaf  “eksigibuasionizm”, “transvestizm”, “homoseksualizm”, “gerontofiliya”, “pedofiliya” ilə nəticələnir. Bütün bunlar isə transseksualizm adlanır.

Endokrinoloji xəstəlik olan psixoseksualizmin ən çox rast gəlinən halı psixoseksual inkişafın ləngiməsidir.

Hüquqi nöqteyi-nəzərdən evtanaziyanın şərh olunan əlaməti kimi qeyd edilən psixi pozuntularla müşahidə edilən hərəkətlər törədilən cinayətdən asılı olaraq Cinayət Məcəlləsinin 130-cu (qanunsuz süni mayalanma və embrionu implontasiya etmə, tibbi sterilizasiyasi), 149-cu maddə (zorlama) 150-ci maddə (seksual xarakterli hərəkətləri), 151-ci maddə (seksual xarakterli hərəkətlərə məcbur etmə), 152-ci maddə (16 yaşına зatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər digər hərəkətlər etmə), 153-cü maddə (əxlaqsız hərəkətlər) cinayət tərkibi yaranır.

Anadangəlmə psixoseksual inkişaf isə samotik, psixi və mikrososial faktorlarla bağlıdır.

Beləliklə, transseksualizm özünü anadangəlmə xəstəlik kimi göstərir və eyni zamanda özünü əks cins kimi qəbul etməsi ilə xarakterizə edilir.

Psixoseksual inkişafın ləngiməsi öz cinsinin ləngiməsi, yəni endokrin sistemin ağır fonda pozulması hesabına yaranması, psixogen ləngiməsi, yəni psixi inkişafla bağlı olan, sosialogen ləngimə, yəni ahəngdar psixofıziki inkişafın  (pedaqoq və ya valideyinlərin uşaqların bu sahədəki tərbiyəsini lazımi səviyyədə təşkil edə bilməmələridir) pozulmasından ibarətdir.

Qeyd etmək lazımdır ki, 1961-ci ildən 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 113-cü maddəsinin 1-ci hissəsində kişinin-kişi ilə cinsi əlaqədə olması uşaqbazlıq cinayəti hesab edilirdi.

Həmin maddənin 2-ci hissəsində göstərilən hərəkətlər zor göstərməklə və ya zərər çəkən şəxsdən asılı vəziyyətdən istifadə etməklə və ya yetkinlik yaşına çatmayanlar barəsində edildikdə ağırlaşdırıcı hal kimi qəbul edilirid. Lakin 2000-ci ilin sentyabr ayında qəbul edilən yeni Cinayət Məcəlləsinin istər 150, istərsə də 151-ci maddələrində uşaqbazlıq, kişinin- kişi ilə cinsi əlaqəsi zorakılıq halı olanda cinayət tərkibi yaranır. Yəni qeyri-zorakı yolla törədilən uşaqbazlıq cinayət məsuliyyəti yaratmır.

Bununla da qanunvericilikdə mövcud dəyişiklik homoseksualistlərə “yaşıl işıq” yandırıb…

Bəs bu dəyişikliyin cəmiyyətdə fəsadları nə ola bilər?

İlk növbədə mənəvi dəyərlərə böyük zərbə vurulur. Belə ki, mənəvi dəyərlərə zidd olan bu əmələ görə cinayət məsuliyyətinin olmaması və homoseksualların açıq-aşkar fəallaşmaları əhalinin əsas hissəsində narazılıqlar yaradır. Nəticədə, qeyd edilən şəxslərə ya xəsarət yetirilir, ya da həyatlarına qəsd edilir. Bunun fəsadları qanundan dəstək ala bilməyən şəxslərin məhkumluğuna, şəxsiyyət əleyhinə olan cinayətlərin artmasına səbəb olur.

Ölkə başçısının maddi və mənəvi dəyərlərin əsrlərlə qorunması və digər dəyərli fikirlərinə nə üçün biganə yanaşılır və qanunun gücündən istifadə edilmir? Axı müharibə şəraitində olan ölkəmizdə vətənpərvərlik və mənəvi dəyərlərlə bu, heç uyğun gəlmir. Ölçüyə-çəkiyə gəlməyən mənəvi dəyərləri qərb dövlətlərinin hər hansı öhdəçiliyinə qurban vermək olmaz. Bu fəlakətin qarşısını qanunvericilik orqanının vaxtında alması zəruridir.

Bu, artıq aksiomdur ki, homoseksuallar (lizbiyan, gey, biseksual, transseksual) heç vaxt vətənpərvər ola bilməzlər və heç vaxt da milli-mənəvi dəyərləri qəbul etməzlər; üstəlik, milli-mənəvi dəyərlərimizə zidd olan təlimləri və ideyaları qəbul etməyən sağlam insanları, sağlam ailələri də sevməzlər. Əksinə, çalışarlar ki, öz xəstəliklərini başqalarına da “yoluxdursunlar”.

Qeyd edim ki, məhz mənəviyyata dəyər verməyən və etiqadı olmayan belə şəxslər daha çox evtanaziya və özünü öldürməyə meyilli olurlar.

Mən bununla bağlı islam dinin müddəalarını və tarixi faktları da qeyd etmək istəyirəm.

Quranın “Əl-Bəqərə” surəsinin 4-5-ci ayələrində deyilir: “O kəslər ki, Sənə göndərilənə (Qurana) və səndən əvvəl göndərilənlərə (Tövrat, İncil, Zəbur və s.) iman gətirir və axirətə də şəksiz inanırlar, məhz onlar öz Rəbbi tərəfindən (göstərilmiş) doğru yoldadırlar. Nicat tapanlar (axirət əzabından qurtarıb Cənnətə qovuşanlar) da onlardır.”

İslam dinində eyni cinsdən olanların (kişinin kişi, qadının qadın ilə) cinsi əlaqəsi, müsafirlərin namusuna toxunmaq, məclislərdə çirkin işlər görmək, insan həyatına qəsd etmək böyük günah, küfr sayılır və lənətlənir.

Quranın “Ən-Nəml” surəsinin 54-58-ci ayələrində deyilir: “Lutu da Peyğəmbər göndərdik. O zaman Lut öz tayfasına demişdir: “Gözünüz görə-görə çirkin işlərlə məşğul olursunuz? (Etdiyiniz əməlin qəbahətini, günahını başa düşə-düşə hələ də ona davam edirsiniz?) Siz qadınları qoyub şəhvətlə erkəklərin yanına (üstünəmi) gedirsiniz? Həqiqətən siz cahil bir tayfasınız!”

Lut tayfasının cavabı yalnız bu olmuşdur: “Lutun ailəsini yurdumuzdan qovub çıxardın, çünki onlar (bizim gördüyümüz işlərdən) təmiz qalmaq istəyən insanlardır”.

Buna görə də biz onu və ailəsini xilas etdik, yalnız övrətinin əzab içində qalanlardan olmasını təqdir etdik. (Canında nə olduğunu bildiyimiz üçün onun barəsində əzəldən belə hökm verdik).

Onların üstünə (qızmar daşdan) bir yağış yağdırdıq. (Peyğəmbərlər vasitəsilə Allahın əzabından qorxdudulanların yağışı nə yaman yağışdır)”.

 

Maraqlıdır ki, eramızdan əvvəl 79-cu ildə İtaliyanın Vezuvi vulkanının püskürməsi nəticəsində Pompey şəhəri  sakinləri ilə birlikdə vulkan külünün və lavanın altında qalıb məhv olub. 1713-cü ildə arxeoloji qazıntılar zamanı zəhərli qaz və isti külün təsirindən məhv olmuş və rəzil formada mövcud olan insan bədəninin hissələri aşkar edilib və həmin ərazi hazırda muzey kimi mühafizə edilir.

Pompey şəhərinin Lut qövmünə məxsus yaşayış yeri olub-olmaması ayrı tədqiqat mövzusu sayılsa da, sübut edilib ki, qalıqları aşkarlananlar məhz Lut qövmünün əməllərini təkrarlayanlar olub…

Xatırladım ki, rəvayətə görə, Həzrəti İbrahimin qardaşı, Harranın oğlu Lutla birlikdə Babildən Şam tərəfdə yerləşən Lut gölü ətrafındakı Sodom və Somorro şəhərlərinin əhalisinin kafir olub, eyş-işrət və əxlaqsız həyat tərzi keçirmələrinin şahidi olublar. Onlar  bu qövmü doğru yola dəvət etsələr də, buna nail ola bilməyiblər. Nəticədə, Allahın qəzəbinə gələn bu qövmün üzərinə daş yağdırılıb və vulkan püskürərək, şəhəri xarabalığa çevirib…

Şübhəsiz ki, Quranda bəhs edlən bu rəvayətin insanlara aşıladığı hikmət odur ki, yolunu azıb əxlaqsız həyat tərzi keçirən millətlər mütləq fəlakətə düçar olacaqlar…

Bütün bunları geniş şərh etməkdə məqsəd Qərb ölkələrindən fərqli olaraq, Azərbaycan qanunvericiliyində evtanaziya cinayətinin öz tərkibinə görə çox mürəkkəb olduğunu, törədilmə üsulu, motiv və məqsədi, cinayətin subyektinin qəsdən adam öldürmənin ağırlaşdırıcı növü kimi qəbul edilməsinə əsas verdiyini vurğulamaqdır.

Tibbi nöqteyi-nəzərdən götürdükdə, ölümün fizioloji və patoloji formaları vardır. Fizioloji ölümdə insanın ölümü təbii proses olub həyat fəaliyyətinin dayanması ilə başa çatır və bu ölüm cinayət hesab edilmir, yəni insan ona verilən ömrü yaşayır.

Patoloji ölüm isə xəstəlik və zorakı hərəkətlərlə bağlı olub, motiv və məqsədindən asılı olaraq, cinayət hüquqi əhəmiyyət kəsb edir. Mənəvi və dini nöqteyi-nəzərdən isə insan ona verilən həyatı yaşamalıdır.

Belə ki, Qurani-Kərimin “Ali-İmran” surəsinin 145-ci ayəsində deyilir: “Allahın izni olmayınca, heç kəsə ölüm yoxdur. O, (lövhi-məhfuzdur) vaxtı müəyyən edilmiş yazıdır”.

Və ya “Əl-Nisa” sürəsinin 78-ci ayəsində de­yilir: “Harada olursunuz olun, hətta uca və möhkəm qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq”.

“Əl-İsra” surəsinin 33-cü ayəsində deyilir: “Allahın haram buyurduğu cana haqsız yerə qəsd etməyin”.

Quranla yanaşı, digər müqəddəs kitablarda da insan həyatına qəsd qadağan edilir.

Nəzərə almaq lazımdır ki, harada yaşamalarından asılı olmayaraq, hər bir müsəlman ailəsi üçün Quranın müddəaları ümdə vəzifə hesab edilir.

F.V.Nitsşe 1888-ci ildə yazdığı “Antixrist” əsərində qeyd edirdi: “…Xristianlıq şəfqətli din hesab edilir. Lakin şəfqətlilik, rəhmdillik inkişaf qanunu olan seleksiyanı ləngidir. Artıq ən azı 2 min il keçməsinə baxmayaq, bir dənə də olsun Allah yaranmamışdır… Allahın tək olması məlumdur”.

Z. Freyd “Gələcəyə aid bir illüziya” əsərində qeyd edirdi ki, psixoanalizdə günah (təqsir) dindən az rol oynamır və bütün hllarda günah əsas amildir.

Yəni, Qərb düşüncəsində insanlıq hər keçən günün daha yaxşı olub geriçevrilməz bir sonsuzluğun içində olması kimi qəbul edilir.

İsveç Kralı III Qustav özünün “Hicazda İslam” kitabının müqəddiməsində yazır:“İslamın əsası çox sadədir. Bu, “Allahdan başqa ibatədə layiq məbud yoxdur” kəlməsidir və bu həqiqət Məhəmməd Peyğəmbərə nazil omuşdur. Siz Quranda indiki dövrün elmlərinə zidd olan heç bir şey tapa bilməzsiniz və bu dinə riayət etməyə dəyər”.

Nəzərə almaq lazımdır ki, Quran bütün səmavi kitablara (Tövrat, İncil, Zəbur və s.) iman gətirməyi, nicat yolunun həmin müqəddəs kitablar vasitəsilə tapılmasını tövsiyə edir. (“Əl-Bəqərə” surəsi, 4-5-ci ayə).

Və yaxud:“Eyni zamanda iman gətirənlər musəvi (yəhudi), isəvi (xristian) və sabitlərdən Allaha, axirət gününə inananların və yaxşı iş görənlərin mükafatı Rəbbinin yanındadır (“Bəqərə” surəsi, 62-ci ayə).

Quranın əsas müqəddəs kəlamlarından biri də “insanların axirətə inanıb doğru olan yola – nemət verilən kəslərin yoluna yönəlməsidir, qəzəbə düçar olanların və haqdan azanların yoluna yox” müddəasıdır. (Əl-Fatihə surəsi)

Bütün bunlar onu göstərir ki, insan övladı üçün mənəviyyat və etiqad onu formalaşdıran, ailədə, cəmiyyətdə sağlam düşüncəli, vətənpərvər kimi yetişməkdə və öz övladlarını da bu ruhda tərbiyə etməkdə çox önəmli vasitələrdir.

Evtanaziya ilə bağlı  cinayət qanunvericiliyinə gəldikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 135-ci maddəsində həmin cinayətin subyekti 16 yaşına çatmış hər hansı anlaqlı şəxs ola bilər. Belə şəxslər qismində zərərçəkmiş şəxsin qohum, valideyn və tibb işçilərinin olması nəzərdə tutulur. Bu halda xəstənin xahişi ilə onun ölümü:

1) obyektiv cəhətdən hər hansı vasitə ilə

2) yaxud hərəktlə tezləşdirmə

3) və ya onun həyatının davam etməsinə kömək edən süni tədbirləri dayandırma formalarında icra edilməsi qeyd edilir.

Lakin istər Cinayət Məcəlləsinin həmin maddəsində, istərsə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şərhinə dair ədəbiyyatlarda xəstəliyin hansı mərhələsində evtanaziyanın ic­ra olunması və s. faktorlar qeyd edilməyib. Belə ki, tibbi nöqteyi-nəzərdən xəstəliyin təsnifatı onun etiologiyasından (səbəb və əmələ gəlmə şəraiti), patogenez mərhələsindən (xəstəliyin inkişafı, orqanizmə vurduğu zədə və s.), xəstəliyin mahiyyətindən (psixi, ictimai faktorlar), xəstəliyin mərhələlərindən: latent dövrü (qızıl dövrü), prodromal (xəbərdarlıq dövrü), xəstəliyin yüksək inkişaf mərhələsi (bütünlüklə üzə çıxması), həlledici dövrü (bu dövr ya sağalma, ya ölüm), ölüm (kliniki və ya bioloji) – asılıdır.

Bundan əlavə, xəstəliklərin əmələ gəlmə və gedişinə təsir göstərə bilən patogen daxili və xarici faktorlar mühüm əhəmiyyət kəsb edir. Belə ki, patogen xarici faktorlar mexaniki (travmatik şok), fiziki (müxtəlif şüa energiyasının təsiri, atmosfer təzyiqi, radiasiya və s.), kimyəvi (qida, sənaye məhsulları və müxtəlif üzvi, qeyri-üzvi maddələrlə zəhərlənmə və s.), bio­loji (qidalanmanın pozulması, mikroblar, karozitlər və s.), psixi (ali sinif fəaliyyətinin həddindən artıq gərginliyi, psixi xəstəliklərin əmələ gəlməsi), ictimai faktorlar (ictimai və mədəni həyat səviyyəsi, tibbi yardımın təşkili və s.) nəzərə alınmalıdır.

Eyni zamanda patogen daxili faktorlar əsasən irsi xəstəliklər, imunitet və s. ilə bağlıdır.

Odur ki, pasientin xəstəliyin hansı mərhələsində və şəraitdə qeyd edilən ölümə razılıq verməsi dəqiqləşdirilməyib.

Eyni zamanda həmin cinayətin obyektiv cəhətlərdən biri kimi hər hansı vasitə və yaxud hərəkətlə tezləşdirmədə – zəhərli iynə vurulması və güclü təsir edən zəhərin də qəbulu məsələsində də – ziddiyyətlər vardır. Belə ki, istər-istəməz zəhərli iynə və ya güclü təsir edən, ölümə səbəb olan həmin maddənin (zəhərin) cinayətin subyektinin haradan əldə etməsi, əldə etmənin özünün qanunla qadağan edilib-edilməməsi və s. suallar ortaya çıxır.

Məsələn, metil spirtinin (metanol) 10-150 ml, xlor üzvlü birləşmələrinin 30 q., psixotrop təsirə malik olan barbitukatlardan (luminal) 100 mq/kq, xolinolif (məs.: atropin) 0,1 kq, narkotiklər (məs.: morfin) 0,1-0,2 q, aksen və onun birləşmələri 0,06-0,2 q, mis və birləşmələri (mis kuponu) 10 ml, qurğuşun və birləşmələrı 20-50-qr ölüm dozası hesab edilir.

Əməlin tövsifi ilə əlaqədar qeyd etmək lazımdır ki, sərbəst əldə edilənlər istisna olmaqla, narkotik vasitələrlə və ya psixotrop maddəllərlə yanaşı, onlara aid olmayan güclü təsir edən və ya bu qəbildən olan maddələri əldə etdikdə və ya tezləşdirdikdə evtanaziya cinayətinin subyekti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə və ya qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları bu məqsədlə əldə etdikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti daşıyır (yəni evtanaziyanın tərkib hissəsinə çevrilir və bunsuz həmin cinayət tərkibi yaranmır).

Məlum olduğu kimi, ambulator xəstələrə dərman reseptləri yazılması qaydalarına görə zəhərləyici və narkotik maddələrin adları birinci, qalan tərkib hissələri sonra yazılır.

Evtanaziyanın subyekti narkotik vasitələri və psixotrop maddələri əldə etmək hüququ verən reseptləri tibbi göstəricilər olmadan qanunsuz aldıqda və ya saxtalaşdırılmasında iştirak etdikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 239-cu maddəsi ilə də məsuliyyət daşıyır.

Beləliklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 135-ci maddəsinın obyektiv cəhəti kimi, hər hansı vasitənin özü başqa cinayət tərkibləri yaradır və obyektiv cəhətin əsas əlamətinə çevrilir.

Qanunun mənasına görə, evtanaziya cinayətini törətmək üçün xəstəyə ölümə səbəb olan ağır xəsarətlərin yetirilməsi siyahısının aydınlaşdırması da zəruridir. Bu xəsarətlərin siyahısı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 08 fevral 1999-cu il tarixli 09 saylı əmri ilə təsdiq edilmiş “Bə­dən xəsarətlərinin ağırlıq dərəcəsinin məhkəmə-tibbi təyini Qaydaları”nın 7-ci bəndində verilib.

Həmin qaydalarda həyat üçün təhlükə törədən və ya adi gedişində ölümlə nəticələnən xəsarətlər nəzərdə tutulur.

Məlum olduğu kimi, ağırlaşdırıcı hallarda adam öldürmə həmişə qəsdən törədilir (Maddə 120.2). Cinayətin subyekti bütün hallarda zərərçəkmişin ölümünü arzulayır, məqsəd və motivi buna yönəlir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 135-ci maddəsində cinayətin motivi – xəstəni iztirablardan qurtarmaq üçün yazığı gəlib pasientin xahişi ilə onu öldürməsi – çox ziddiyyətli və məntiqsiz görsənir.

Belə ki, ağır sağalmayan xəstəliyə düçar olan xəstələri iztirablardan qurtarmaq üçün ağrıkəsici və sakitləşdirici tibbi preparatlardan istifadə etmək, xəstənin vəziyyətini yaxşılaşdırmaq üçün konsilium keçirib tibbi-psixoloji tədbiriər görmək mümkündür. Odur ki, heç bir şəxs xəstəyə yazığı gəlib belə “fədakarlığa” getməz.

Bu mövzu üzərində durarkən, cinayətin harada törədilməsinin şərhinə də ciddi ehtiyac vardır.

Həmçinin, tibbi personalda aşağı yaş həddinin 20-25 götürüldüyünü və tibbi təhsili olmayan 16 yaşlı şəxsin bu cinayəti törətməsi də inandırıcı görünmür.

Evtanaziyanın mütəmadi tətbiq edildiyi ABŞ və Avropa dövlətlərində müxtətif yaş qrupunda olan xəstələrin əmlak və digər qiymətli vəsaitlərinin könüllü evtanaziya təşkilatlarına keçirməsi, ölümə razılıq və əmlak münasibətlərinin tənzim edilməsinin notarial qaydada təsdiqi, həkimlərin iştirakı ilə bu prosesin icrası və s. mərhələli proseslərin genişlənmə mexanizmi yuxarıda ətraflı qeyd etdiyimiz məsələlərdən xəbər verir.

Belə ki, cinayətdə “şəfqətli ölüm” yox, əsas məqsəd və motiv əmlak və vərəsəlikdən yaranan əmlak payının əldə edilməsinə yönəlir. Вu halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5-ci maddəsinin tərkibi yaranır.

Cinayət Məcəlləsinin 135-cı maddəsinin tərkib hissəsi kimi, pasientin həyatının davam etməsinə kömək edən süni tədbirlərin dayandırılmasına gəldikdə, ağ ciyərlərin və böyrəyin süni nəfəs aparatına qoşulmasının və digər tibbi tədbirlərin fəaliyyətinə son qoyulması başa düşülür. Bu tibbi avadanlıqlar əsasən reanimasiya və xüsusi palatalarda yerləşdirilmiş pasientlərə tətbiq edilir.

Həmin cihazlardan isə tibbi biliyi olan tibb mütəxəssisləri, bu sahədə ixtisaslaşmış reanimotoloq həkim və tibb bacıları istifadə edirlər.

Reanimatoloqun vəzifəsi ölməkdə olan orqanizmin həyatı uğrunda mübarizəsinin tibbi qanunauyğunluğunu öyrənmək və ölümün müəyyən bir mərhələsi adlanan kliniki ölüm dövründə pasientin həyatının bərpasına çalışmaqdan ibarətdir. Odur ki, kliniki ölüm halında olan xəstənin ölümə razılıq verməsi və həkimin pasientə yazığı gəlib həmin aparatları dayandırıb pasientin ölümünə nail olması inandırıcı görünmür.

Evtanaziyanın, həmçini suisid, sadomiya, hannibalizm və mayalanma əleyhinə dərmanlardan istifadənin, homoseksualizmin, narkotik maddələrdən sərbəst istifadənin leqallaşdırılması, şübhəsiz ki, cəmiyyət üçün çox ağrılı problemlər yaradacaq.

Ayrı-ayrı şəxslərin əmlakına sahib olmaq və ya intiqam almaq üçün “xəstənin” “səfqətli ölümə razılıq verməsi” və bu ölüm aktının icrasının da cinayət məsuliyyətinə səbəb olmamasının hansı şəraitə yol açacağını təsəvvür etdikdə, göz önünə dəhşətli bir mənzərə gəlir.

Və yaxud da kimsə vəhşiliyin ən iyrənc foması sayılan hannibalizmin qurbanı olmaq istəməz…

Qeyd etmək lazımdır ki, 02 aprel 1999-cu il tarixli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 97.1-ci maddəsinə (evtanaziya) əlavə edilmişdi. Maraqlı cəhət budur ki, istər “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda (Qanunun 38-ci maddəsi), istərsə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin köhnə redaksiyasında  97.1-ci maddəsinə əlavə – evtanaziyaya təhrik etmə – qeyd edilsə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin yeni redaksiyasında (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 135-ci maddəsində) bu, qeyd edilməyib və həmin maddədən çıxarılıb.

“Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 10-cu maddəsinin 2-ci hissəsində birbaşa qeyd edilir ki, insanların həyat və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər.

Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 25 may 2006-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında” Əsasnamənin 8.20-ci maddəsində göstərilir ki, Səhiyyə Nazirliyinin vəzifəsi öz səlahiyyətləri daxilində əhalinin tibbi yardım almaq sahəsində hüquqlarının həyata keçirilməsini təmin etmək və həmin hüquqların pozulmasının qarşısını almaqdan ibarətdir.

Həmçinin, qulluq mövqeyindən sui-stifadə edən vəzifəli şəxslər də həmin cinayətə görə məsuliyyət daşıyır.

Maraqlı cəhət odur ki, qəsdən adam öldürmənin sadə formasında (AR CM-nin 120.1-ci maddəsi) cəza növü kimi 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. AR CM-nin 135-ci maddəsinə gəldikdə, son hədd kimi 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Onu da qeyd etmək istəyirəm ki, 15 ildən artıq qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 135-ci maddəsi ilə indiyədək bir nəfər də olsun cinayət məsuliyyətinə cəlb edilməyib.

Yeri gəlmişkən, məlumat üçün bildirək ki, MDB məkanında – istər Rusiya Federasiyasının, istər Belarus, Ukrayna, Gürcüstan və Estoniyanın, istərsə də digər respublikaların cinayət məcəllələrində də evtanaziyaya dair ayrıca maddə yoxdur. Hamısının cinayət qanunvericiliyində bu əmələ görə cinayət məsuliyyəti ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə və digər maddələrlə tövsif edilir…

Yekun olaraq, bildirmək istəyirəm ki, ölkə başçısı son çıxışlarında dəfələrlə milli-mənəvi dəyərlərimizin qorunması ilə bağlı həyəcan təbili çalaraq, bütün xarici təsir və təhdidlərin qarşısında hamımızın səfərbər olunmasının vacibliyini vurğulayıb, sağlam, vətənpərvər və təhsilli nəslin yetişdirilməsini dövlət siyasətinin zəruri istiqamətlərindən biri kimi qarşıya qoyub. Bu vəzifənin həyata keçirilməsində, şübhəsiz ki, yaşlı nəslin üzərinə də mühüm vəzifə düşür və mən də bir hüquqşünas, ziyalı kimi, qüvvədə olan qanunvericiliyimizdə milli-mənəvi dəyərlərimizə təhlükə törədən yalnız bir fakt üzrə öz fikrimi bildirmək istədim.Düşünürəm ki, bütün bunlara yenidən baxmaq və milli-mənəvi dəyərlərimizin qorunması yönündə cəza siyasətini sərtləşdirmək çox zəruridir.

 

Zakir Şiriyev,

hüquqşünas

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın