Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Evlilik proqramlarına şok cəza: 2 milyon

Evlilik proqramlarına şok cəza: 2 milyon

RTÜK tərəfindən Türkiyənin məşhur evlilik proqramlarına şok cəza verilib.

Musavat.com Türkiyə mətbuatıına istinadən xəbər verir ki, şikayətlər əsasında qiymətləndirilən 6 proqrama 2 milyon 133 min 903 lirə cəza kəsilib. Sözügedən evlilik proqramları arasında Esra Erolun, Seda Sayan ilə Uğur Aslanın, Zuhal Topalın, Seda Akgülün proqramları da var.

RTÜK-dən bildirilib ki, evlilik proqramlarında cəmiyyətin milli və mənəvi dəyərlərinə, ümumi əxlaqa və ailənin qorunması prinsiplərinə zidd hərəkətlər yer alır. Eyni zamanda onlar gender bərabərliyinə tərs düşən, qadınlara istiqamətli təzyiqlərə təşviq edən və qadını istismar edən proqramlardır.

Proqramlara verilən cəzaların miqdarları:

ATV “Esra Erolla izdivac”: 567 min 467 TL
Kanal D “Kısmətsə olur”: 397 min 57 TL
Show TV “Evlənəcəksən gəl”: 382 min 285 TL
Star TV “Zuhal Topalla izdivac”: 351 min 550 TL
Fox TV “Ən yaxşı mənəm”: 315 min 786 TL
TV 8 “Göz 6”: 119 min 758 TL

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …

Bir cavab yazın