Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Evdə tək qalan 5 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı (VİDEO)

Evdə tək qalan 5 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı (VİDEO)

Mingəçevir şəhəri, Şah İsmayıl Xətai küçəsi, mənzil 23, ev 46 üvanında yaşayan, 2010-cu il təvəllüdlü Murad Elzibar oğlu Alıyev yaşadığı 5 mərtəbəli binanın 3-cü mərtəbəsinin eyvanından yerə yıxılıb.
Anası Muradı yatmış vəziyyətdə tək qoyub və evi tərk edib. Bu zaman uşaq yuxudan oyanıb və eyvana çıxıb. Bu zaman o, özünü saxlaya bilməyib və yerə düşüb.
Murad Alıyev qapalı kəllə-beyin travması ilə təcili yardım maşını vasitəsi ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Pediatriya Şöbəsinin reanimasiya bölməsinə yerləşdirilib.
Hazırda uşağın vəziyyətinin stabil olduğu bildirilir. /Region TV/

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın