Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Aktual / Evdən çıxmaq istəyənlər belə icazə alacaq

Evdən çıxmaq istəyənlər belə icazə alacaq

Nazirlər Kabineti yanında Operativ Qərargah 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsini qadağan edib.

Azinforum.az-ın verdiyi xəbərə görə, bu tarixlərdə sakinlər yaşayış yerlərini və ya olduğu yerləri həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, eləcə də təxirəsalınmaz tibbi yardıma ehtiyac olduqda yalnız təcili tibbi yardım xidməti vasitəsilə, habelə yaxın qohumların dəfnində iştirak etmək üçün Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsi ilə icazə almaqla tərk edə bilər.

İstisnalarla bağlı daha ətraflı məlumatı bu linkə daxil olaraq ala bilərsiz. 

Həmçinin oxuyun

BDU-dan qalmaqalla qovulan tələbə barədə verilən əmr ləğv ediləcək? – Açıqlama

“Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Mexanika ixtisası üzrə I kurs əyani …