Şənbə , Dekabr 4 2021
Ana səhifə / Aktual / “Evdə oturub xəbərləri oxuyuram, seriallara baxıram” – Könül Xasıyeva

“Evdə oturub xəbərləri oxuyuram, seriallara baxıram” – Könül Xasıyeva

“Maddi durumum yaxşı deyil. Qəbul etdiyim dərmanlar bahadır. Onları almaqda çətinlik çəkirəm”.

Bunu Azvision.az -a Xalq artisti Könül Xasıyeva deyib. Hazırda Şəkidə ailəsi ilə birlikdə yaşayan sənətkar xüsusi karantin rejiminin qaydalarına əməl etdiyini bildirib.

“Şəkiyə anama baş çəkməyə gəldim, sonra qayıda bilmədim. Burada həyət evimiz var. Oğlum Kazımla məşq edirik, oxuyuruq. Ana-bala ikimiz də müalicə alırıq. Heç yerə çıxmırıq. Bircə problemim var ki, o da dərmanlarımla bağlıdır. Dərmanları almaqda çətinlik çəkirəm. Maddi durumum pisdir. 4- 5 ildir toya gedə bilmirəm, ildə bir dəfə konsert verib, onunla dolanırdım. İndi evdə oturub xəbərləri oxuyuram, seriallara baxıram”, – deyə xanəndə söyləyib.

Həmçinin oxuyun

“Qara qutu” ilə bağlı detallar açıqlandı – VİDEO

Aviasiya nəqliyyat növləri arasında ən gənci olsa da, artıq tarixində minlərlə insanın ölümünə səbəb olan …