Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “Eurovision” iştirakçısına ölən anasından şok mesaj: “Borcumu qaytar, bu dünyaya çox narahatam”

“Eurovision” iştirakçısına ölən anasından şok mesaj: “Borcumu qaytar, bu dünyaya çox narahatam”

Azərbaycanda keçirilən Avroviziya yarışmasında Türkiyəni təmsil edən Can Bonomonun vəfat edən anası Güneş Bonomonun Facebook hesabından qeyri-adi mesaj gəlib.
GoldNews.Az xəbər verir ki, 2011-ci ildə xərçəng səbəbi ilə vəfat edən Güneş Bonomunun Facebook hesabı ələ keçirilib. Hesabını ələ keçirilən şəxslər müğənni Can Bonomodan pul istəyiblər. Xakkerlər Bonomoya anasının hesabından “Oğlum, mən ananam, necəsən? Mən yaxşıyam. Bu özəl sirrimiz olsun. Ölmədən öncə borcum var idi. Burada çox ağır gəlir. Sənə hesabı göndərsəm oraya 10 min avro pul köçürdə bilərsən? Mən anan günəş kimi parlaq ol”.
Mesajın ekran görüntüsünü sosial media hesabından paylaşan müğənni bunları yazıb: “İnsanlıq 101. Sol tərəf hər hansı bir xərçəng paylaşımının altında bir inancım olduğu üçün yazılan minlərlə din şərhləri, qaralamanın yalnız bir qismidir. Sağ tərəf xərçəngə görə itirdiyim anamın Facebook hesabını ələ keçirərək ölmədən öncə qazandığı dostları və ailəsindən pul dilənən bir məxluq. Şərhlərə bağlı ilk paylaşımımdır bu. Yaxşı ürəkli insanlar görsünlər, nə ilə müqayisədə yaxşı olduqlarını görsünlər. Pis insanlar gülüb keçsinlər, qəzetlərə yazıb satsınlar. Haralara gəldik… Şirin yuxular.”

Ünlü şarkıcıya ölen annesinin hesabından mesaj geldi: Oğlum borcumu öde

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …