Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / “Euronews” telekanalı Lahıc barədə süjet yayımlayıb

“Euronews” telekanalı Lahıc barədə süjet yayımlayıb

“Euronews” telekanalının “Postcards” proqramı növbəti reportajını İsmayıllı rayonunun Lahıc qəsəbəsinə həsr edib.

Avrora Velesin müəllifi olduğu reportajda tamaşaçılar Azərbaycan haqqında məlumatlandırılır. “Lahıc: mis qablar sənətkarları və Monomaxın papağı” adlı videomaterialda Lahıcın XVIII-XIX əsrlərdə mis qab və soyuq silah hazırlanmasında Qafqazda əsas istehsalat mərkəzlərindən biri olması qeyd edilir.

Reportajda Lahıcda hazırlanmış mis əşyaların Luvr və dünyanın digər mötəbər muzeylərində sərgiləndiyi vurğulanır. Bildirilir ki, Lahıc tarix-mədəniyyət qoruğu “Böyük İpək Yolu” beynəlxalq turizm marşrutuna daxil edilib.

Videomaterialda Lahicda misgərlik sənəti ilə məşğul olan sənətkarların fikirləri də yer alıb.

 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …