Ana səhifə / Aktual / ETİBAR PİRVERDİYEVİN  “ÜSTÜ AÇILAN” ƏDALƏTSİZLİKLƏRİ

ETİBAR PİRVERDİYEVİN  “ÜSTÜ AÇILAN” ƏDALƏTSİZLİKLƏRİ

Son günlər adı mediada  daha intensiv çəkilməyə başlayan  başlayan Azərenerji ASC- nin rəhbəri Etibar Pirverdiyev barədə Azinforum.az-a maraqlı məlumat daxil olub. Uzun müddət sözügedən qurumda çalışan şəxs bildirir ki, Pezident İlham Əliyev 2004-cü ildə Mingəçevir şəhərinə səfəri zamanı Qafqazın ən böyük enerji nəhəngi, respublikamızı təxminən 60% elektrik enerjisi ilə fasiləsiz təmin edən “Azərbaycan İES” MMC-də olan zaman məlumat lövhəsində asılmış bir fotoşəkil hörmətli dövlət başçımızın diqqətini çəkir: “Həmin fotoda Prezidentin səfəri zamanı stansiyaya rəhbərlik edən Şıxməmməd Qəmbər oğlu Aslanovla Ümummilli Lider  Heydər Əliyev  yanaşı əks olunmuşdur. Prezident İlham Əliyev dərhal bu fotodakı şəxsin kim olduğunu soruşur.  Stansiyanın direktoru Şıxməmməd Aslanov bildirir ki, şəkildəki onun özüdür. Direktor Heydər Əliyevin onu  1970-ci illərdə Moskvaya ixtisasartırma kursuna göndərdiyi 22 nəfər energetik kadrlardan biri olduğunu xatırladır və belə bir izahat verir: “O, bizi yola salarkən xatirə şəkli də çəkdirdi və mənə xeyir-dua verərək  yola saldı. İndi o böyük dahi insanın xeyir-duasının nəticəsidir  ki, bu müəssisəyə rəhbərlik edirəm”

Prezident İlham Əliyev bu fikirlərə cavab olaraq Azərenerji rəhbəri Etibar Pirverdiyevə bu şəxs barəsində bir sıra tapşırıq verdi ki, bu cür təcrübəli və  yüksək ixtisaslı kadra necə lazımdırsa qayğılar göstərilsin! İndi görün, həmin tapşırığı cənab Pirverdiyev necə yerinə yetirdi? Deməli, həm təmir ,həm də istismar bölməsinin nəzəri və praktiki hissəsini mükəmməl bilən energetik Şıxməmməd Aslanovun bütün bu nailiyyətərinə görə vəzifəcə yüksələcəyindən ehtiyat edən Pirverdiyev Bakıya qayıdaraq bu kadra qarşı “plan” hazırlayır. Çox qısa zamanda onu adı olub, özü kölgədə qalan bir idarəyə , daha dəqiq “Azərenerjitikintiquraşdırma” ya sədr göndərilməsi haqqında təqdimat hazırlayır. Bu idarə isə, adından göründüyü kimi, Azərbaycanda bir sıra enerji obyektləri, elektrik şəbəkələri və s. tikməli idi. Lakin adıçəkilən enerji obyektlərini Aslanovun təyin edildiyi quruma həvalə edilmədi.

Bir müddət keçdikdən sonra isə, onun pensiya yaşı əsas  bəhanə gətirilərək , ümumiyyəylə bu sektordan kənarlaşdırıldı (lakin artıq təqaüd vaxtı çoxdan çatmış Marlen Əsgərov, hələ də bu qurumda yüksək vəzifə postundadır) . Əksinə, Pirverdiyev özünə yaxın olan başqa yaşlı kadrlara isə son 10 ildə respublikamızda tikilən bütün Modul tipli, Buxar-qaz tipli elektrik stansiyaların tikintisini  həvalə etdi. Burada da yenə cənab Pirverdiyev əsl yerlibazlıq oyunları ilə bu qurumda bir neçə vəzifəli kadr vakansiyalarına mənsub olduğu Qusar rayonundan olanları yerləşdirdi.

Təkcə Sumqayıt Texnologiyalar Parkındakı müxtəlif adda tikilmiş nəhəng sexlərin özül metal konstruksiya işləri üçün bu sahə üzrə Tikinti-Layihə İnstitutu ilə müqavilə bağlanmalı idi, onun hesabına pul köçürməmək üçün necə gəldi elə də bu tikinti işlərini apardı.Onun həmkəndlisi olduğu bir neçə şəxsin də yüksək vəzifələrdə yerləşdirdiyinə görə adını qeyd etmək yerinə düşər: Şalbuzov Cavidan, Şahhüseynov Əhmədiyyə və Ərzuman qardaşları, Quliyev Hikmət(yeznə-qayın), Nəcməddinov Bəhmən, Aydayev Fəxrəddin. Soyadlardan da aydın olur ki, bu Azərenerji sistemi cənab Pirverdiyevin qohum və tanışları olmaqla yüksək vəzifə postlarında əyləşdiriliblər. Sual olunur: Necə olur sovet dövrundən də ölkəmizdə quraşdırılmış elektrik stansiyalarındakı peşəkar energetik kadrlar, başda Şıxməmməd Aslanov olmaqla, niyə Sərdar Həsənov, Allahverdi Əliyev, Qarabağ veteranı energetik kadr Çingiz Abbasov, Elman Əzizov və Vaqif Tağıyev müxtəlif bəhanələrlə energetikadan kənarlaşdırıldı, ay cənab Pirverdiyev? Məgər bu kadrlar Sizin o yerlilərdən zəif elmə, peşə təcrübəsinə malik idilər? Xeyr.

ƏSLA! Bunun bircə sadə cavabı var: Yüksək gəlirlə işləyən bu bu quruma daxil olan külli miqdarda dövlət vəsaitini bu sahədə çalışan zəruri işçi sayını qat-qat azaldıb ixtisar etməklə maliyyə imkanlarına həmyerlilərinizlə birgə sahib olmaq! Yalnız və yalnız bu idi məqsəd! Buna əlavə bir neçə fakt və sübutlar var. 2007-ci ilin yanvarından elektrik enerjisinin tarif qiymətlərinin düz 3 dəfə qaldırılması haqqında təklif irəli sürdünüz. Bu qiymət artımından sonra Azərenerjinin gəlirləri 3 dəfə artdı, amma siz bir rəhbər olaraq əməkhaqqıları artırmaq əvəzinə, stansiyalarda kütləvi ixtisar hallarına yol verməklə yanaşı, daxili əmr də verdiniz ki , ” 1 evdən 1 nəfər işləməlidir!”. Bu necə ola bilər axı? Tutaq ki, ata energetik kadr olduğu üçün  uzun müddətdir ki, mühəndis işləyir, oğul da gənc energetik olaraq, həmin qurumda çalışır. Hansı iqtisadi qanunauyğunluğa müvafiqdir etdiyiniz bu ədalətsizliklər? Eyni zamanda, 2001, 2002, 2003-cü illər üzrə elektrik stansiyalarında kollektiv əmək müqaviləsində nəzərdə tutulmuş, 3 növbəli gərgin əməklə 70-75 dərəcə istilik altında çalışan minlərlə işçinin 14-cü əmək haqqısını nə səbəbə vermədiniz? Xərclə işlədi məgər Azərenerji? Bu quruma daxil olan Su Elektrik Stansiyaları axı maya dəyərsiz birbaşa yüksək gəlirlə işləyir,bəlkə düz deyil? SES-lərdə elektrik enerjisi  az xərc sərf etməklə istehsal olunur. Amma ixtisarlara məruz qoydunuz işçilər,necə olur ki, 200-250 manat əməkl haqqı alır? Ancaq həmin enerjini satan Azərişıq MMC, ən aşağı ixtisas dərəcəli  nəzarətçisinə 450-500 manat civarında əmək haqqı verir! Məgər bunlar ədalətsizlik deyilmi ?”

Azinforum.az olaraq Azərenerji ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Onların da mövqeyini dərc etməyə hazırıq.

Azinforum.az

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …

Bir cavab yazın