Çərşənbə axşamı , İyun 25 2019
Ana səhifə / Aktual / “Etibar Pirverdiyevi işdən çıxarmaq azdır, o, həbs edilməlidir” – Tələb

“Etibar Pirverdiyevi işdən çıxarmaq azdır, o, həbs edilməlidir” – Tələb

“Prezident ölkədə baş verən prosesləri dərindən analiz edir və görür ki, bəzi məmurlar vəziyyəti gərginləşdirir. Ona uyğun olaraq, qəti qərarlar verir. Etibar Pirverdiyevlə bağlı qərar da bu qəbildəndir”.
Bu fikirləri Mia.az-a açıqlamasında MMP sədri Hafiz Hacıyev səsləndirib. O deyib ki, Etibar Pirverdiyevi işdən çıxarmaq azdır, o, həbs edilməlidir:
“Onun səriştəsizliyi Prezidenti, hakimiyyəti çətin duruma saldı, ölkəyə milyonlarla ziyan dəydi. Buna görə cavab verməlidir. Prezident ölkənin inkişafına çalışır, bu inkişafın daha da yüksələcəyini bəyan edir. Etibar Pirverdiyev isə elə bir addım atdı ki, bütün bunların üzərindən xətt çəkildi. Ona görə hesab edirəm ki, o həbs edilməlidir. Nəinki Etibar Pirverdiyev, hakimiyyətdəki bütün xəyanətkar məmurlar həbs edilməlidir. Yersiz təkliflər verirlər. Xalqla təmas qura bilmirlər. Bir balaca kənara düşən kimi hamısı prezidentin əleyhinə danışır. Bir prezident nə edə bilər? Hər şeyi bir nəfərin üstünə də atmaq olmaz. Bəs bu komanda nəyə lazımdır? Hamısının fikri odur ki, xalqla Prezident arasında uçurum yaransın”.
2016-05-20-16-25-57hafiz-hedeledi.jpg (424×262)
MMP sədri hazırkı baş nazirinin müavini, keçmiş mer Hacıbala Abutalıbovla bağlı da fikirlər səsləndirib. Onun sözlərinə görə, Abutalıbovun Bakı meri olduğu dönəmdə yaratdığı problemləri hələ də həll etmək mümkün deyil:
“Yeni rəhbərlik Hacıbalanın sərəncamlarını qanunsuz sayır və sahibkarların obyektlərini, camaatın evini sökməyə başlayıb. Hacıbala niyə buna görə cavab vermir? “Qaçqınkom”un keçmiş sədrinin hər blokda evi var. Yeni sədr görün, ortaya nələr çıxarıb. İndi o, niyə baş nazirin müavini olmalıdır? Hakimiyyətdəki bu məmurlar xalqı o qədər narazı salıblar ki, camaatın ah-naləsi ərşə qalxıb”.
Pariya sədri onu da nəzərə çatdırıb ki, Prezident sərt tədbirlərə başlayan kimi həmin o xəyanətkar qruplar xaricdəki adamları vasitəsiylə hakimiyyətə qarşı kampaniyaya başlayırlar:
“Ona görə də hesab edirəm ki, Prezident bunlardan nə qədər tez qurtulsa, daha yaxşı olar. Yalnız bundan sonra ölkədə islahatlar başlayar, xalqın rifahı yaxşılaşar. Bu saat 16 manat pensiya alan adam necə firavan yaşaya bilər? O nazirlərin nəvələri 160 manatı heç cibxərcliyi kimi götürmürlər. Bax, bu ədalətsizliyi aradan qaldırmaq lazımdır. Biz bu mübarizədə Prezident İlham Əliyevin yanında olacağıq. Bütün təzyiqlərə baxmayaraq, bu yoldan geri çəkilməyəcəyik, xəyanətkarların axırına çıxacaqğıq”.

Həmçinin oxuyun

“Nar” 4G istifadəçilərinin sayı 700 minə çatıb

Ölkənin ən geniş 4G şəbəkələrindən birinə malik olan “Nar”ın 4G istifadəçilərinin sayı sürətlə artmaqdadır. Son bir …