Şənbə , Sentyabr 22 2018
Ana səhifə / Aktual / “Etibar Pirverdiyevə güzəşt edilməməlidir” – Partiya sədri

“Etibar Pirverdiyevə güzəşt edilməməlidir” – Partiya sədri

“Mingəçevir İES-də baş vermiş qəza ilə bağlı ölkə başçısı İlham Əliyev çox qətiyyətli mövqe ortaya qoydu. Birmənalı olaraq hər bir Azərbaycan vətəndaşına məlum oldu ki, baş vermiş xoşagəlməz vəziyyətə görə dövlət başçısı böyük narahatlıq keçirib, bütün proses prezidentin tam nəzarəti altındadır”.
Bunu AzVision.az-a açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib. Deputatın sözlərinə görə, ötən gün keçirilən müşavirədə “Azərenerji” rəhbərliyi hadisəni malalamağa çalışsa da, prezidentin ciddi reaksiyasına səbəb oldu.

“Qurumun rəhbəri Etibar Pirverdiyev baş verənlərin səbəbini izah edə bilmədi. Çüniki səbəkar özüdür. Məsuliyyətsiz münasibət, orada təmirin aparılmaması, Fövqəladə Hallar Nazirliyi tərəfindən edilən xəbərdarlığa əməl edilməməsi, qulaq ardına vurulması belə vəziyyətin yaranmasına gətirib çıxarıb. Doğrudan da narahatlıq doğuran və maraqlı tərəf budur ki, bir blokda qəza baş verərsə, bu, ölkənin bütün elektirik sisteminə zərbə vurmalı, onu çökdürməli deyildi. Bu, çox ciddi məsələdir. Araşdırılmalıdır. Əminəm ki, komissiya həqiqəti ortaya qoyacaq. Qətiyyən şübhə etmirəm ki, günahkarlar da cəzalandırılacaqlar”.

Partiya sədri bildirib ki, iki gün elektirik sistemində baş verən qəza əslində Bakını, Sumqayıtı və digər böyük şəhərləri, ümumən bütün ölkəni iflic vəziyyətinə qoydu.

“Təkcə işıq sönmədi, su olmadı, metro işləmədi, insanlar liflərdə qaldı, ümumən elektiriklə bağlı bütün proseslər dondu. Tunellərdə qalan metro vaqonlarının ən yaxın stansiyalara çatdırılması işi də həyata keçirilmədi. Bunu Bakı Metropoliteninin günahı hesab edirəm. Necə ola bilər ki, tuneldə qalan qatarı yaxın stansiyalara çatdıra bilmədilər? Necə ola bilər ki, dövlət əhəmiyyətli obyektlərdə generatorlar, əlavə enerji mənbəyi yoxdur? Bu necə ola bilər? Təsəvvür edə bilmirəm. Təbii olaraq ölkə başçısının sərt mövqeyi ortadadır. Tamamilə əminəm ki, proseslərə obyektiv qiymət veriləcək və günahkarlar cəzalandırılacaq. Amma başlıca günahkar “Azərenerji”dir. Çünki enerjini istehsal edən, avadanlıqlara nəzarəti, yeniləmələri, təmiri edən bu qurumdadır. İlk növbədə günah “Azərenerji”nin üzərinə düşür. Bunu hamı bilir”, – deyə F.Ağamalı deyib.

Millət vəkili vurğulayıb ki, məmurlar bu hadisədən dərs çıxarmalıdırlar: “Hər birimiz üçün sevindirici hal odur ki, ayrı-ayrı yaramazlar, anti-milli qüvvələr istisna olunmaqla Azərbaycan xalqı panikaya uymadı. İnsanlar bir-birilərinin yanında oldular, dəstək verdilər. Dövləti ittiham obyektinə çevirmədilər. Bu, sevindirici haldır və Azərbaycan xalqının ictimai şüur səviyyəsinin mühüm göstəricisi kimi diqqəti cəlb etdi. Məmurlar bundan dərs çıxarmalıdırlar. Azərbaycan xalqının içərisindən çıxan bu məmurlar məsuliyyət hiss etməlidirlər. Ona görə də məmurlara, bu hadisənin səbəbkarına qarşı güzəşt olmalı deyil. Güzəşt olarsa, bu və buna bənzər hadisələr təkrarlana bilər”.

Həmçinin oxuyun

Konstitusiya Məhkəməsi xarici valyuta ilə götürülən kreditlər haqda – QƏRAR

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq …