Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Etibar Məmmədov Beynəlxalq Demokrat İttifaqına müraciət etdi: “Bütün vasitələrdən istifadə etmək hüququmuz var!”

Etibar Məmmədov Beynəlxalq Demokrat İttifaqına müraciət etdi: “Bütün vasitələrdən istifadə etmək hüququmuz var!”

AMİP Lideri, Beynəlxalq Demokrat İttifaqının sədr müavini Etibar Məmmədov BDİ (Beynəlxalq Demokrat İttifaqı) rəhbərliyinə və ittifaqın üzv partiyalarına müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

“Bildiyiniz kimi artıq 30 ilə yaxındır ki, Azərbaycanın 20 faizə yaxın torpaqları – Dağlıq Qarabağ və ona bitişik 7 rayon (Dağlıq Qarabağdan da böyük ərazilər) Rusiyanın bilavasitə köməyi ilə Ermənistan tərəfindən işğal olunub. 1 milyona yaxın qaçqın bu günə qədər öz tarixi torpaqlarına qayıda bilmir. Ermənistanın Azərbaycana etdiyi təcavüzlə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 4 qətnamə (822, 853, 874 və 884) qəbul olundusa da, bu qətnamələrin hər birində ermənilərin təcavüzkar siyasəti pislənilsə də və erməni hərbi birləşmələrinin zəbt etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmaları birmənalı şəkildə tələb olunsa da, bu tələblər indiyə qədər də yerinə yetirilməmişdir. 

1994 cü ildən etibarən Dağlıq Qarabağ probleminin həlli ATƏT-in Minsk qrupuna həvalə olunub. Təəsəssüf ki, bu təşkilat da problemin həllində hər hansı bir iş görə bilmir. 1994-cü ilin may ayından atəşkəs elan olunsa da bu illər ərzində Ermənistan tərəfindən hər il insan təlafatı ilə müşayət olunan çoxlu sayda provokasiyalar həyata keçirdilib. 

Son belə bir hadisə iyun ayının 12-dən 13-nə keçən gecə Azərbaycan Ermənistan sərhəddində yerləşən Azərbaycanın Tovuz rayonunun iri çaplı silahlardan atəşə tutulması ilə başladı. Nəzərə alınmalıdır ki, hücum işğala məruz qalmış Dağlıq Qarabağ ərazisində deyil, tamam ayrı istiqamətdə Ermənistan – Azərbaycan sərhəddində baş vermişdir. Bu bir daha onu göstərir ki, Ermənistan Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə həll olunmasında maraqlı deyil və mütamadi olaraq bu şəkildə provakasiyalarla gərginliyi saxlamağa çalışır. Onlar bu provakasiyları artıq xaricdə də həyata keçirtməyə başlayıblar. Son gunlərd Londonda, Hollandiyada, Brusseldə, ABŞ-da Koliforniya ştatında yaşayan ermənilər tərəfindən azərbaycanlılara qarşı edilən vəhşicəsinə hücumlar  dünya mediasında da geniş şəkildə yayılmışdır. Bu vandalizmə həmin ölkələrdə fəaliyyət göstərən erməni diaspor təşkilatlarının rəhbərlik etdiyi məlumdur.

AMİP hadisələrə qiymət verərkən bir daha bəyan edir ki, Dağlıq Qarabağ konfliktini yaradan və bu günə kimi 10 minlərlə insanın öldürülməsinə səbəb olan işğalçılıq siyasəti Rusiyanın dəstəyi ilə Ermənistan tərəfindən həyata keçirilir və bununla da onlar əslində sülh danışıqlarının dalana dirənməsinə çalışırlar. Bu şəkildə davam edəcəyi təqdirdə Azərbaycanın beynəlxalq hüquqa söykənərək öz ərazi bütövlüyünü təmin etmək üçün bütün vasitələrdən istifadə etmək hüququ var. AMİP bütün beynəlxalq təşkilatları və üzv partiyaları bu hadisələrə qiymət verməyə və ədalətli mövqe nümayiş etdirməyə cağırır”.

Etibar Məmmədov,
AMİP lideri, Beynəlxalq Demokrat İttifaqının sədr müavini.

Xatırladaq ki, Beynəlxalq Demokrat İttifaqı mühafizəkar, sağ və sağ mərkəzçi ideologiyalara sahib siyasi partiyaların beynəlxalq birliyidir. 1983-cü ildə İngiltərənin o zamanki  Baş naziri Marqaret Tetçer, ABŞ-ın vitse-prezidenti George W. Buş, Almaniya kansleri Helmut Kohl və Paris Bələdiyyə Başçısı Jak Şirak tərəfindən yaradıldı. AMİP 1996-cı ildən BDİ-nin tam hüquqlu üzvüdür.

Azinforum.az

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …