Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Eskalatordakı fırçalara ayaqqabı silənlər, bu xəbəri oxuyun

Eskalatordakı fırçalara ayaqqabı silənlər, bu xəbəri oxuyun

Bu gün günorta saatlarında “Sahil” metrostansiyasında eskalatorlardan biri qəfildən dayanıb.

“Bakı Metropoliteni”nin sözçüsü Bəxtiyar Məmmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, eskalatorlara daimi xidmət olunduğu üçün texniki nasazlığa görə dayanmasına rast gəlinmir: “Bu gün də eskalator dayandıqdan sonra onun səbəbini araşdırmaq bir qədər vaxt aparıb. Müəyyən olunub ki, sərnişinlər eskalatorun kənarında yerləşdirilən fırçalara ayaqqabılarını sildiyinə görə palçıq yığılıb. Yeni eskalatorların təhlükəsizlik standartları yüksək olduğu üçün avtomatik dayanıb. Metropoliten əməkdaşları tərəfindən dərhal eskalator təmizlənib və təxminən yarım saat sonra istifadəyə verilib. Həmin müddət ərzində isə ikinci eskalator qoşularaq sərnişinlərə xidmət göstərib”.

B.Məmmədov əlavə edib ki, buna görə hər hansı sərnişin cərimələnməyib: “Çünki bu, bir sərnişinə görə baş verməyib. Gün ərzində çoxlu sərnişin bunu təkrarladığı üçün palçıq yığılıb. Biz sərnişinləri maarifləndirməliyik ki, eskalator fırçaları ayaqqabı silmək üçün deyil”.

 

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …