Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Ermənistanın Tehrandakı səfirliyində “Qarabağ Azərbaycanındır” şüarı – Foto

Ermənistanın Tehrandakı səfirliyində “Qarabağ Azərbaycanındır” şüarı – Foto

Ermənistanın baş naziri Nikol Paşinyanın İrana səfəri zamanı erməni icması ilə görüşündə səsləndirilən “Qarabağ Ermənistanındır” şüarına daha bir cavab Tehrandakı milli fəallardan gəlib.

“Qafqazinfo” xəbər verir ki, fəallar Ermənistanın Tehrandakı səfirliyinin önünə yazılı kağız yapşdırıblar. Kağızda “Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır” şüarı yazılıb.

Qeyd edək ki, fotonu GünAzTV-nin Bakı studiyasının rəhbəri Araz Obalı paylaşıb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …