Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / “Ermənistanın məqsədi mülki şəxslər arasında itkilərin sayını artırmaqdır” – Hikmət Hacıyev

“Ermənistanın məqsədi mülki şəxslər arasında itkilərin sayını artırmaqdır” – Hikmət Hacıyev

“Ermənistanın məqsədi mülki şəxslər arasında itkilərin sayını artırmaqdır”.

Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

O bildirib ki, Ermənistan silahlı qüvvələrinin Tərtər şəhər qəbiristanlığına amansız hücumu nəticəsində yaralı mülki şəxslərin sayı 5-ə yüksəlib.

“Şəhər qəbiristanlığının hərbi əhəmiyyəti varmı? Əlbəttə ki, yox!”, – deyə H. Hacıyev qeyd edib.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin Tərtərdə qəbiristanlığı atəşə tutması nəticəsində 3 nəfər həlak olub, 5 nəfər yaralanıb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …