Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Ermənistandakı yezidi kürdləri İrəvanın qarşısında tələb qoydu

Ermənistandakı yezidi kürdləri İrəvanın qarşısında tələb qoydu

Ermənistandakı yezidi kürdləri ölkənin yeni rəhbərliyindən muxtariyyət tələbilə ayağa qalxıb.
Baki-xeber.com-un xəbərinə görə, onlar ilkin mərhələdə yaşadıqları region üçün muxtariyyət tələb edir, perspektivdə isə müstəqilləyə ümid edirlər.
Məsələ burasındadır ki, bu günlərdə Vaşinqtondakı yezidi kürdlərinin “sultanı” Kelaş ABŞ prezidenti Donald Trampa məktub yazaraq, Ermənistanın tərkibində yaşadıqları ərazidə Yezidistan dövləti yaratmaq niyyətində olduqlarını bildirib və bu dövlətin Vaşinqtonun himayəsi altında yaradılmasını istədiklərini bəyan edib. Onun sözlərinə görə, yezid dövlətinin yaradılması ideyası əslində G7 dövlətlərindən gəlib. Belə ki, Kelaşın sözlərinə görə, beş min ildir yaşadıqları ərazilərdən ermənilər tərəfindən sıxışdırılaraq çıxarılan on min nəfər yezidi kürdü Avropa ölkələrinə, Rusiyaya və ABŞ-a üz tutmalı olub və beləliklə də bu ölkələrin gündəminə gəlib.
“Еuroasia News”-un xəbərinə görə, dünya yezidlərinin lideri deyib ki, “Yezidistan dövləti”nin yaradılması ilə Ermənistan kürdlərinin maraqlarını qorumaq niyyətindədir. Eyni zamanda o, həmin ərazinin Birləşmiş Ştatların administrativ ərazisi kimi tanınmasını istədiklərini bəyan edib. Ekspertlər isə baş verənləri ABŞ-ın Yaxın Şərqdə kürdlərə verdiyi hərtəfəli dəstəyin nəticəsi adlandırır.
Beləliklə, ermənilərin 90-cı illərdə monoton dövlət yaradarkən bir ovuc erməniləşmiş kürdü əslində türklərə qarşı alət etmək məqsədilə ölkədə saxlaması indi onların öz başında çatlayır.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …