Ana səhifə / Ermənistanda dollar panikası başladı

Ermənistanda dollar panikası başladı

Ermənistanın Mərkəzi Bankı növbəti dəfə həyəcan təbili çalıb, ölkənin xarici kapitalının kəskin azlmasının iqtisadi çoküşün növbəti dalğası adlandırıb. Belə ki, bu ilin fevralında ölkənin xarici ehtiyatları cəmi 1 milyard 260 milyon dollar təşkil edib. Bu, yanvar ayı ilə müqayisədə 91 milyon dollar azalma deməkdir.
Bu barədə “Aykakan jamanak” qəzeti yazıb. Qəzet bildirib ki, xarici ehtiyatların azalma sürəti getdikcə faciəli xarakter alır. Yalnız bu ilin iki ayı ərzində xarici ehtiyatlar 229 milyon dollar, və ya 15%-dən çox enib. Keçən il ərzində isə xarici ehtiyatlar 853 milyon dollar və ya 40%-dən çox azalmışdı.
“Aykakan jamanak” yazır: “Xarici ehtiyatlar niyə azalır, yox olur, hara gedir, aydın deyil. Adətən xarici ehtiyatlar xarici borcun ödənilməsinə və milli valyuta olan dramın sabitləşdirilməsinə yönəldilir. Ancaq rəsmi şəkildə bu dövr üçün Ermənistanın belə ölçüdə azalma və xarici borc yaranmamışdı. Mərkəzi Bank xarici borc miqyasının genişlənməməsi üçün heç bir müdaxilə həyata keçirməyib. Bu isə şübhə yaradır ki, Mərkəzi Bank qeyri-rəsmi kanallar vasitəsilə valyutanı maliyyə bazarına “dağıdır” və bunun sayəsində dram zahirən sabitliyini saxlayır”.
Ümumiyyətlə, dünyada yaranan iqtisadi-maliyyə böhranı onsuzda iqtisadiyyatı bərbad gündə olan Ermənistan üçün əsl dramatik vəziyyət yaradıb. Digər tərəfdən, ölkəni viran qoyan, talan edən indiki hakimiyyət rəhbərlərinin tamahı, vəzifəyə gəlir mənbəyi kimi baxması, ölkəni forposta çevirməsi ermənilərin dövlət kimi sıradan çıxmasını daha da sürətləndirir.

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın