Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Ermənistan müsəlman erməniləri Qarabağda yerləşdirmək üçün işə başladı

Ermənistan müsəlman erməniləri Qarabağda yerləşdirmək üçün işə başladı

Ermənistan müsəlmanlığı qəbul etmiş erməniləri-hemşinliləri Azərbaycanın işğal altındakı ərazilərində yerləşdirmək üçün fəaliyyətə başlayıb.

Virtualaz.org xəbər verir ki, bu haqda Türkiyədə fəaliyyət göstərən Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) başqanı Göksel Gülbey açıqlayıb.

Göksel Gülbeyin bildirdiyinə görə, Avropadakı ermən lobbisinin gizli planına uyğun olaraq Türkiyənin Qara dəniz bölgəsində qurulan bəzi hemşinli dərnəklərinin, bu erməni icmasına mənsub ayrı-ayrı şəxslərin Rusiya və Livan kimi ölkələrdə yaşayan müsəlman erməniləri Qarabağda yerləşdirmək üçün komissiyalar qurduqları ona məlumdur.

ASİMDER başqanı deyib ki, Ermənistan bu gizli planlarını həyata keçirmək üçün Türkiyənin Rize və Artvin bölgələrinə turist adı altında öz agentlərini göndərib. Habelə Türkiyədəki hemşinlilər arasından xüsusi heyət formalaşdırılaraq Rusiyanın Krasnodar və digər bölgələrində yaşayan müsəlman erməniləri Qarabağda məskunlaşmağa inandırmaq üçün göndərilib. “Bu görüşlərin videoları əlimizdədir, tezliklə yayacağıq”-Göksel Gülbey bildirib.

ASİMDER başqanının dediyinə görə həmin müzakirələrdə müsəlman ermənilərin Qarabağa köçməsi, məskunlaşması üçün xərclərin tamamilə Avropa erməniləri, Ermənistanın Diaspor Nazirliyi və Ermənistan hakimiyyətinin gizli fondları tərəfindən maliyyələşdiriləcəyi deyilib.

“Qarabağa müsəlman erməniləri yerləşdirmək İranın Ermənistana verdiyi dəstəyə haqq qazandırmaq planıdır. Çünki İranın Azərbaycan torpaqlarını işğal edən xristian ermənilərə dəstək verməsi müsəlman ölkələri tərəfindən qınanır. Bu məqsədlə erməni lobbisi və Ermənistan dövləti İranın Qarabağda həm də müsəlmanlara yardım etdiyi görüntüsü yaratmaq istəyir”-erməni iddiaları ilə mübarizə aparan Gülbey bildirib.

Hemşinlilər müsəlman dininə etiqad edən azsaylı ermənilərdir. Onlar sünnü təriqətinə mənsubdur, əsasən Türkiyənin Qara dəniz bölgəsində, Orta Asiyada və Rusiyanın cənubunda məskunlaşıblar.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …