Ana səhifə / Aktual / Ermənistan “Laçın dəhlizi”nə alternativ yol üçün tender elan edib

Ermənistan “Laçın dəhlizi”nə alternativ yol üçün tender elan edib

““Laçın dəhlizi”nə alternativ yolun Ermənistandan keçən hissəsinin inşası üçün tender elan olunacaq”.

Bu barədə məlumatı “Hraparak” qəzeti yayıb.

Məlumata görə, tender avqust ayında elan olunacaq və qalib gələn şirkət sözügedən alternativ yolun 8 kilometrlik hissəsinin inşasını öz üzərinə götürəcək.

“Bəzi məlumatlara görə, Azərbaycan tərəfi öz vəsaiti hesabına yolun Ermənistan hissəsinin də inşa edilməsini təklif edib. Lakin ölkənin Baş naziri Nikol Paşinyan ictimaiyyətin buna münasibətindən ehtiyat edərək təklifdən imtina edib”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatına əsasən, 3 il ərzində “Laçın dəhlizi”nə alternativ yol istifadəyə verilməlidir. Azərbaycan tərəfi artıq yolun Laçın şəhərindən keçən hissəsinin inşasını başa çatdırır, Ermənistan tərəfi isə hələ işlərə başlamayıb.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …