Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Ermənistan-Gürcüstan qaz kəməri sərhədçilərimizin atəş zonasında

Ermənistan-Gürcüstan qaz kəməri sərhədçilərimizin atəş zonasında

Bu günlərdə Ermənistan müdafiə nazirinin müavini Qabriel Balayan jurnalistlərə deyib ki, Gürcüstan-Ermənistan qaz kəməri artıq erməni qüvvələrinin nəzarəti altındadır.

Balayan detallar haqda danışmayıb, amma onun dediklərindən belə çıxa bilərdi ki, Ermənistan ordusu sərhədin Qazax istiqamətində hansısa mövqe dəyişikliklərinə nail olub. Çünki 2019-cu ilin avqustunda açıqlanmışdı ki, Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələri sərhədin həmin istiqamətində mövqelərini irəli çəkərək yeni strateji mövqelər tutub, o cümlədən Babakər dağında möhkəmlənib. Nəticədə Ermənistan-Gürcüstan qaz kəməri sərhəd bölmələrimizin atəş zonasında qalıb.

İndi Balayan bu faktı dolayısı ilə təsdiq edir, eyni zamanda inandırmağa çalışır ki, qaz kəmərinə artıq təhlükə yoxdur. Onun həmin açıqlamasından sonra virtualaz.org və haqqin.az saytlarının əməkdaşı Qazax rayonuna ezam edilib. Fotomüxbirimiz ön xəttə qədər gedib və Azərbaycanın sərhəd qoşunlarının döyüş mövqelərindən Ermənistan ərazisinin bir neçə fotosunu çəkə bilib. Həmin fotolar erməni tərəfinin bəyanatlarını tam təkzib edir və sübuta yetirir ki, Ermənistan-Gürcüstan qaz kəməri Azərbaycan Dövlət Sərhəd Xidmətinin qüvvələrinin atəş zonasındadır.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …