Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Ermənistan baş naziri dünənki qapalı iclasda nə danışdı… – SEÇİM AZƏRBAYCANIN ÖHDƏSİNƏ BURAXILDI

Ermənistan baş naziri dünənki qapalı iclasda nə danışdı… – SEÇİM AZƏRBAYCANIN ÖHDƏSİNƏ BURAXILDI

Ermənistan hökuməti Azərbaycanla sərhəddə baş verən hadisələrin işıqlandırılmasına ciddi senzura tətbiq edib. Virtualaz.org qeyd edir ki, hətta nüfuzlu və dünyaya yayımlanan FOX telekanalı Ermənistan silahlı qüvvələrinin həmin döyüşlərdə 100-ə qədər canlı qüvvə (ölü və yaralı olmaqla) itirdiyini xəbər verib. Lakin Ermənistan Müdafiə Nazirliyi bu günə qədər cəmi 8 hərbçisinin həlak olduğunu təsdiq edir.

Son hadisələrə dair bütün informasiyalar baş nazir Paşinyanın aparatında senzuradan keçir. Yəni onun və köməkçilərinin icazəsi olmadan, Müdafiə Nazirliyinin senzurasından keçmədən KİV-lər baş vermiş hadisələr, şəxsi heyət arasına itkilər barədə heç bir informasiya dərc edə bilmir.

Bu ərəfədə isə Paşinyan hökumətin təcili iclasını keçirib. Azərbaycan hökumətinə yaxın mənbələrdən məlum olub ki, iclasın qapalı hissəsində hökumət üzvləri səfərbərlik aparılması zərurətini ifadə ediblər. Paşinyan açıq etiraf edib ki, hətta Azərbaycan-Ermənistan sərhədinin bir istiqamətində gedən mövqe döyüşlərinə görə ehtiyat qüvvələrin cəlb edilməsinə zərurət yaranıb.

Daha sonra baş nazir səfərbərlik zərurətini Müdafiə Nazirliyinin rəhbərliyi-nazir David Tonoyanla və Baş qərargah rəisi Onik Qasparyanla müzakirə edib. Xüsusən də “Yerkrapa” könüllülərinin döyüş əməliyyatlarına cəlb edilməsi haqda danışılıb. Xatırladaq ki, 2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusunun “Ohanyan xətti”ni cəmi 40 dəqiqəyə darmadağın etməsindən sonra çağırışçı əsgərlərin duruş gətirə bilmədiyini görən Sərkisyan hakimiyyəti “Yerkrapa”dan olan veteranları səfərbər etmişdi. Belə görünür ki, Tonoyan və Paşinyan da sələfləri kimi indiki vəziyyətdə birinci Qarabağ müharibəsinin qoca veteranlarının döyüşə cəlb edilməsinin alternativini görmür.

Paşinyan hərbi eskalasiyanın artan miqyasından narahatdır və böyük dövlətlərin bu hadisələrin regional təhlükəsizlik sistemini, geosiyasi qüvvələr və maraqlar nisbətini təhdid etdiyini düşündüyünü nəzərə alır. Ermənistan cəmiyyəti yeni inqilaba hamilədir, çünki Paşinyanın vəd etdiyi inqilabi islahatların nəticəsini görmür, o cümlədən Qarabağ münaqişəsinə yenidən baxılacağı haqda vədlərin boşa çıxdığın bilir.

Axı Ermənistandakı inqilabi dəyişiklərin mənası formal dəyişiklikdə və dekorasiyaların dəyişməsində deyildi, erməni cəmiyyəti iqtisadiyyatın kriminal-oliqarxik düzəninin kökündən dəyişməsini, başlıca iqtisdi problemlərin və regionun inkişafı qarşısında əngəl olan Qarabağ probleminin həllini istəyirdi. Paşinyan isə öz sələfləri kimi regionun fundamental problemlərini Azərbaycan və erməni xalqlarının maraqlarına uyğun şəkildə həll etməyə hazır olmadı. Bundan əlavə bu inqilabçı Qarabağ səhra komandirlərinin və klanının avtoritar idarəçilik metodlarını mənimsədi. Yenə yalan, yenə senzura və yeni klanın maraqlarının diktəsi.

Və son hərbi eskalasiya göstərdi ki, Ermənistanın yeni inqilabçı hökuməti postsovet məkanının ən güclü ordularından birinə hərbi müqavimət göstərmək imkanında deyil. Sülhə də hazır deyil, müharibə üçün isə qüvvəsi və resursları yoxdur. Paşinyan seçimi Azərbaycanın öhdəsinə buraxır…
Virtualaz.org

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …