Ana səhifə / Aktual / Ermənilərin o kəndlərdən təxliyəsi ilə bağlı sərəncam imzalandı

Ermənilərin o kəndlərdən təxliyəsi ilə bağlı sərəncam imzalandı

Ermənistanın Dilican vilayətinin qubernatoru Hayk Qalumyan Azərbaycanla sərhəddə yerləşən nöqtələrdən, daha dəqiq desək, 1990-cı illərin əvvəllərində işğal edilən Qazaxın 7 kəndindən sonradan köçürülən əhalinin təxliyəsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, işğal edilmiş eksklavlarımıza sonradan köçürülən ermənilərin təxliyəsi ilə yanaşı, onların sərhəddən ən azı 10 km içəridə məskulaşdırılması, yemək və içməklə bağlı təminatı da gerçəkləşdiriləcək.

İddialara görə, qubernator Qalumyanın bu addımının ibir neçə səbəbi ola bilər.

Birincisi, Qazaxın 7 kəndi 10 noyabr üçtərəfli bəyanatına əsasən, Azərbaycan tərəfinə sakit və səssiz şəkildə təhvil verilir. 

İkincisi, Ermənistan bu addımı ilə kəndlərin qaytarılmasından imtina edir və hətta müharibə hazırlıqlarına başlayır. 

Üçüncü versiya isə Ermənistan bu kəndləri qaytarmaqla uzun müddətə Zəngəzur dəhlizi mövzusunu və sərhədlərin demerakasiyasını arxa plana keçirir.

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirib ki, Ermənistan 10 noyabr və 11 yanvar razılaşmalarını bir neçə aydır yerinə yetirmir, tam şəkildə yerinə yetirmək niyyətində olmadığını ortaya qoyur. Baş nazir Nikol Paşinyan konkret olaraq sürüşkən siyasət nümayiş etdirir. 

Onun sözxlərinə görə, ilk növbədə Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsi sərhədlərin demarkasiyasından asılıdır. Ermənistan bununla Azərbaycanın ərazi bütövlüyünü tanıyır: “Məsələnin digər tərəfi ondan ibarətdir ki, Ermənistan Azərbaycanın ilk növbədə işğal etdiyi kəndləri boşaltmalıdır. Qazağın 7 kəndi və Naxçıvanın Muxtar Respublikasının Kərki kəndi ilk növbədə boşaldılmalıdır.

Bu işğal faktorudur və sərhədlərin delimitasiya və demarkasiyasına aid edilsə də, rəsmi İrəvan Azərbaycan ərazilərini geri qaytarmalıdır. Qazaxın yeddi kəndi ilə bağlı əmr verildiyi barədə deyilənlərə gəldikdə isə, ola bilər ki, Ermənistan bu kəndləri Azərbaycana qaytarsın. Düşünmürəm ki, Ermənistan həmin istiqamətdə nəsə bir müharibəyə hazırlaşsın. Ümumiyyətlə, Ermənistanın buna nə gücü, nə də ordusu var. Əhali də mövcud hakimiyyəti devirə bilər. Təbii ki, bu kəndlərin qaytarılması prosesindən sonra Ermənistan Zəngəzur dəhlizi məsələsindən boyun qaçırır. Yalnız dəmiryolunun çəkilməsini irəli sürür. Ermənistan tərəfi Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil. Bun qarşıdır. Amma, Azərbaycan Qazaxın 7 kəndi və Zəngəzur dəhlizi ilə bağlı siyasətini reallaşdıracaq”.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …