Ana səhifə / Aktual / Ermənilər “Köçəri”ni oxudu, qarşıdurma yarandı – Video

Ermənilər “Köçəri”ni oxudu, qarşıdurma yarandı – Video

İyulun 14-də Monteneqronun Hersoqov şəhərində keçirilən Beynəlxalq xalq rəqsləri və mahnıları festivalında azərbaycanlılarla ermənilər arasında qarşıdurma baş verib. Bu barədə “Qafqazinfo”ya Bakı Dövlət Universitetinin erməni araşdırmaları Elmi Tədqiqat və Tədris Mərkəzinin Böyük elmi işçisi İsmayıl Tanrıverdi məlumat verib.

Onun sözlərinə görə, festivalda Ermənistanı təmsil edən “Kafqaz” rəqs ansamblının şagirdləri Azərbaycan milli rəqsi olan “Köçəri” və “gözəlim sənsən” xalq mahnılarını ifa edərkən, tamaşaçılar arasından çoxsaylı azərbaycanlılar  Azərbaycan bayrağını qaldıraraq yüksək səslə rus dilində “bu Azərbaycan mahnısıdır, ar olsun sizə!” deyiblər. 

“Bütün bunlara məhəl qoymayan ermənilər ifalarını başa çatdırıblar. Yerlərdən səs-küy salan bir qrup erməni qadın isə öz saxta tarixləri ilə azərbaycanlılara “dərs” verməklə yanaşı, həm də təhqir etməyə başladılar. Bununla da qarşıdurma başlandı. Erməni rəqs qrupu rəhbərinin arvadı Liana Poğosyanın dediyinə görə, “naəlac qalan ermənilərin yardımına polis qrupu gəldi. Azərbaycanlıların bir neçəsi saxlanıldı, qalanı isə qaçaraq aradan çıxdı””, – deyə alim qeyd edib.

Həmçinin oxuyun

Quru sərhədlərin açılmaması ilə bağlı yeni versiyalar: Hökumət nədən çəkinir?

Azərbaycanın quru sərhədlərinin daha üç ay bağlı qalması ilə bağlı qəbul edilən axırıncı qərardan sonra …