Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / ERMƏNİLƏR FRANSADAKI SƏFİRLİYİMİZƏ HÜCUM ETDİ, XİN və SƏFİRDƏN SƏRT ETİRAZ: “Fransaya ayıb olsun!”- VİDEO (Yenilənib)

ERMƏNİLƏR FRANSADAKI SƏFİRLİYİMİZƏ HÜCUM ETDİ, XİN və SƏFİRDƏN SƏRT ETİRAZ: “Fransaya ayıb olsun!”- VİDEO (Yenilənib)

“Son günlər respublikamızın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin binalarına qarşı bu ölkədəki erməni icmaları tərəfindən hücumlar törədilməsi ciddi narahatlıq doğurur”.

Mia.az Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinə istinadla bildirir ki, özündə vandalizm və terror elementlərini ehtiva etməklə bu hücumlar diplomatlara, onların mülklərinə xəsarət yetirmək məqsədini güdür, beləliklə də cinayət məsuliyyəti doğuran əməllər kimi səciyyələndirilir: “Radikal erməni qruplarının cinayətkar hərəkətlərini qətiyyətlə pisləyirik və müvafiq ölkələrdə bu cür təxribatların qarşısının alınmasına cavabdeh olan qurumların öz vəzifələrinə məsuliyyətlə yanaşmasını gözləyirik.

Azərbaycan tərəfi radikal erməni qüvvələrinin törətdiyi vandalizm aktlarının aidiyyatı dövlətlərin hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasını və bu cinayətləri törədənlərin hərəkətlərinə hüquqi qiymət verilməsini tələb edir.

Xatırladırıq ki, Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq, diplomatik nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir”.

***

Fransada erməni vandalları Azərbaycanın bu ölkədəki səfirliyinə basqın ediblər.

Azinforum.az xəbər verir ki, Fransanın hüquq-mühafizə orqanları səfirliyin binasının mühafizəsini lazımınca təşkil etməyiblər.

Bundan istifadə edən erməni vandalları əvvəlcə səfirliyin qarşısındakı dəmir maneələri aşırıblar, sonra isə binanın giriş qapısını sındırmağa, içəri daxil olmağa çalışıblar. Ermənilərin qanunsuzluğunu əks etdirən videogörüntülərdə yerli hüquq-mühafizə orqanları əməkdaşlarının erməni vandalizminin qarşısını almaq üçün heç bir tədbir görmədiyi əks olunub.

Qeyd edək ki, səfirliyimizin binasına daxil olmaq istəyən erməni vandallarına dipoloamtlarımızdan biri imkan verməyib. O, təkbaşına qapını sıxaraq, onların içəriyə girməsinə imkan verməyib.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev baş verən hücumla bağlı tviter-də bıyanat yayıb. “Fransanın erməni fanatları Azərbaycanın səfirliyinə basqın edirlər. Amma gəlin erməni barbarlarını bir kənara qoyaq cənab Emmanuel Makron, səfirlikləri qorumayan və təhlükəsizliyimizlə bağlı əsaslı tələblərimizə məhəl qoymayan Fransaya ayıb olsun!”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …