Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Ermənilər Bülbülün ev muzeyini bu hala salıb – Video

Ermənilər Bülbülün ev muzeyini bu hala salıb – Video

Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov məşhur opera müğənnisi Bülbülün ermənilər tərəfindən dağıdılan ev muzeyinin görüntülərini paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, o, tvitterdə sənətkarın Şuşadakı mənzilinin görüntülərini yayaraq məkanın vandalizmə məruz qaldığını ifadə edib.

“Bu, ermənilərin  Şuşada məşhur azərbaycanlı opera müğənnisi Bülbülün (1897-1961) ev-muzeyinə etdikləridir”,- deyə A. Kərimov qeyd edib.

Görüntülərdə evin odun anbarı kimi istifadə olunduğu, Bülbülün həyətdəki heykəlinin isə dağıdıldığı açıq-aşkar görünür.

 

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …