Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Ermənilər Ata Abdullayevin müdafiəsinə qalxdılar

Ermənilər Ata Abdullayevin müdafiəsinə qalxdılar

Ermənistan mediası Azərbaycanda reketçilik fəaliyyətinə görə həbs edilən bloger Ata Abdullayevi müdafiə edən şərhlər hazırlayır.

Hazırlanan materiallarda Ata Abdullayevin “günahsız” və “müstəqil bloger” olması qeyd edilir.

Erməni mətbuatı Ata Abdullayevi “Paşinyana cəsarətli suallar verən jurnalist” kimi də təqdim etməyə çalışır.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən tutulan Ata Abdullayev barəsində həbs qərarı verilib.

Ata Abdullayev Cinayət Məcəlləsinin 182.2.2 maddəsi ilə ittiham edilir.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …