Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / Erməni “vor zakon” qızına toy edir – Məclisə kriminal aləmin 300 nümayəndəsi dəvət edilib

Erməni “vor zakon” qızına toy edir – Məclisə kriminal aləmin 300 nümayəndəsi dəvət edilib

“Pzo” ləqəbli məşhur erməni kriminal avtoritet Armen Kazaryan qızına təmtəraqlı toy edir. 

Open.az erməni KİV-nə istinadən xəbər verir ki, “vor zakon”un övladının toyuna kriminal aləminin 300-dən çox nümayəndəsi dəvət edilib.

Bu haqda “Jamanak” qəzeti məlumat yayıb. Məlumata görə, toya yalnız ABŞ-dan 300-dən çox insan gedəcək. Avtoritetin qızı Ermənistanın sabiq-nəqliyyat naziri Eduard Madatyanın qohumu ailə həyatı quracaq.

Qeyd edək ki, Pzo” ləqəbli Armen Kazaryan Azərbaycanda doğulub. 1996-ci ildə Amerikaya mühacirət edən “qanuni oğru” silah, daş-qaş, nadir metallar, narkotik maddələr alveri, habelə adam oğurluğu və quldurluqla məşğul olan mütəşəkkil cinayətkar dəstəyə rəhbərlik edib. O, Amerikada yaşadığı müddətdə Azərbaycanda milli münaqişə zəminində təqiblərə məruz qaldığını və hətta atasının 1990-cı ilin yanvarında Bakıda yandırıldığını iddia etsə də, məlumatlar yalan çıxıb. Məhkəmə araşdırması onun atasını Azərbaycanda da heç bir təqibə məruz qalmadığını və ailəsi ilə birlikdə Bakını tərk etdiyini, hazırda isə Moskvada yaşadığını üzə çıxarıb.

Vəkili Mark Qeraqos müdafiə etdiyi şəxsi həbsdən və 60 min dollar cərimədən qurtarmaq üçün onun “qanuni oğru” olmadığını sübut etməyə çalışıb. Bunun üçünsə əsas kimi ona Bakıda həbsdə olduğu müddətdə həbsxanada təcavüzə məruz qaldığını, belə şəxslərin isə “qanuni oğru” ola bilməyəcəyini iddia edib.

Erməni "vor zakon" qızına toy edir

0

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …