Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / “Erməni vandalizmi: Qərbi Azərbaycan abidələri” adlı sənədli film çəkiləcək

“Erməni vandalizmi: Qərbi Azərbaycan abidələri” adlı sənədli film çəkiləcək

Bu QHT, indiki Ermənistan ərazisindəki Azərbaycan xalqına məxsus mədəni irs nümunələrinin məhv edilməsi ilə bağlı, “Erməni vandalizmi: Qərbi Azərbaycan abidələri” adlı sənədli filmin çəkilişi layihəsini icra edəcək

          Dünyaya özlərini təcavüzkar kimi çoxdan tanıdan daşnaklar, minilliklər boyu azərbaycanlıların yaşadığı tarixi Azərbaycan torpaqlarında özlərinə Ermənistan adlandırılan haram dövlət yaratdıqdan və hakimiyyət sükanını ələ keçirdikdən sonra, Ulu Tariximizin yaddaşına da həkk olunan iyrəncliklər dolu öz murdar daşnak siyasətlərini günü bu günədək davam etdiriblər. Xarici ölkələrdən ermənilərin gətirilərək, burada asanlıqla yerləşdirilməsindən ötrü, yerli əhali olan azərbaycanlıların dədə-baba yadigarları öz doğma yurd yerlərindən mərhələ-mərhələ deportasiya edilməsi, bu azmış kimi, daha zorakı üsullarla onların qovulması, ərazilərindəki tarix və mədəniyyət abidələrinə münasibətdə vandalizm aktlarının həyata keçirməklə, yerli əhaliyə məxsus milli-mənəvi irsin, tarixi-memarlıq abidələrinin, dini inanc yerlərinin, hətta qəbristanlıqların belə vəhşicəsinə məhv edilərək, tamamilə dağıdılması Azərbaycan xalqının mədəni sərvətlərinin məhv edilməsi məqsədini daşıyıb. Daha dəqiq desək, bu ərazilərdəki Azərbaycan xalqına məxsus mədəni irs nümunələrinin — daşınmaz tarix və mədəniyyət abidələrinin bir qismini dağıdaraq yox etmək, bir qismini süni şəkildə erməniləşdirməklə, həyasızcasına mənimsəmək kimi qeyri-qanuni fəaliyyət, həmişə, indiki Ermənistan Respublikasının məkrli siyasətinin əsasını təşkil edib.

        Azərbaycanlılara məxsus tarix və mədəniyyət abidələrinin məhvini bir-neçə mərhələdə müxtəlif üsullarla həyata keçirən, öz barbar fəaliyyətlərini indiyədək davam etdirən daşnaklar, özləri kimi, haram yolla yaratdıqları və zaman-zaman buradan vəhşicəsinə qovduqları azərbaycanlıların artıq yaşamadığı monoetnik əraziyə çevrilən dövlətlərinə də, onları heç vaxt bağışlamayacaq Ulu Tarixin belə hədsiz nifrətini qazandırıblar. Dəhşət ondadır ki, Qərbi Azərbaycanda, bu azmış kimi, hətta 30 il işğal altında saxladıqları Azərbaycan Respublikasının ərazilərində Ermənistan tərəfindən xalqımızın mədəni irsinin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn, beynəlxalq sənədlərdə belə bəşəri cinayət kimi qiymətləndirilən daşnakların bu iyrənc əməlləri bütün bəşər mədəniyyətinə qarşı açıq təcavüz kimi göstərilsə də, müvafiq beynəlxalq təşkilatlar uzun zaman buna qarşı susqunluq nümayiş etdiriblər. Məhz bunun acı və ağrılı nəticəsidir ki, dövlətləri olmadığı üçün, terror-siyasi təşkilatlarda birləşməyi hər şeydən üstün tutan daşnaklar, dünyanın qarışıq zamanlarında, azərbaycanlılara məxsus tarixi abidələri, məscidləri, mədrəsələri dağıdıb, yandırmağı, tarixi keçmişdən olan-qalan izləri silməyi özlərinə məşğuliyyət seçməkdən çəkinməyiblər. Bir sözlə, gəlmə ermənilər təcavüzkar siyasətlərini, həmişə, gəldikləri ərazilərdəki onlara məxsus olmayan sənədli tarix və mədəniyyət abidələrini dağıtmaqla, azərbaycanlılara məxsus yaşayış yerlərinin adlarını hakimiyyətin rəsmi qərarlarıyla dəyişməklə, bu yerlərin azərbaycanlılara məxsus olduğunu göstərən tarixi, etnomədəni mənsubiyyət izlərini itirməyə kökləyib, bu iyrənc üsulla Ermənistanı süni surətdə erməniləşdirməyə hesablayıblar. Hətta Azərbaycan Respublikası tərəfindən, müvafiq beynəlxalq təşkilatlar vasitəsi ilə, edilən çoxsaylı ciddi xəbərdarlıqlara baxmayaraqErmənistan tarixi abidələri hədəfə almaqdan əl çəkməyib. Halbuki təcavüzkarın bu əməlləri beynəlxalq humanitar hüququn“Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” UNESCO-nun 1954-cü il Haaqa Konvensiyasının, “Dünya mədəni və təbii irsinin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasının və digər beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasının, bu ölkənin təcavüzkar siyasətini davam etdirməsinin açıq göstəricisidir. Ermənistanda azərbaycanlılara məxsus tarix və mədəniyyət abidələrinin məhv edilməsi istiqamətində törədilənlər, mövcud hakimiyyət qarşısında birbaşa siyasi və hüquqi məsuliyyət yaratdığı üçün, bu, təkcə Azərbaycanı deyil, bütün mədəni dünyanı narahat etməli, beynəlxalq konvensiyaları pozan Ermənistanın bu vandal siyasəti tarixi-memarlıq irsə qarşı vəhşiliyin nümunəsi olduğundan, siyasi və hüquqi qiymətini də, beynəlxalq səviyyədə çoxdan almalıydı. Ancaq gerçək vəziyyət belə olmadı. Gerçəklik o oldu ki, dünya mədəniyyəti yaradan Azərbaycan xalqının tarixi irsinin, — bu bölgədə mövcud olan tarixi abidələr haqqında, Qərbi Azərbaycanda olmuş səyyahların əsərlərində belə kifayət qədər məlumat əldə etmək mümkün olsa da, — vandal bir siyasət nəticəsində məhv edilməsinə, bu ciddi məsələ birbaşa işi olan, lakin bunu açıq-aydın görsə də, uzun müddət susub, özünün qulaqlarını karlığa, dilini lallığa, gözlərini korluğa qoyan, dünyanın ən güclü 50 dövləti tərəfindən “Ümumdünya Höküməti” kimi yaradılan, Birləşmiş Millətlər Təşkilatının bu sahə üzrə ixtisaslaşan UNESCO qurumu tərəfindən belə ciddi reaksiya olmayıb. Təkcə UNESCO-nun deyil, əsas fəaliyyətləri bu istiqamətdə olan digər beynəlxalq təşkilatların da belə davranışlarını, Ermənistanın işğalı altında olmuş ərazilərimizdə dağıdılmış abidələrimizə münasibətdə çoxdan görmüşük. Deməli, bu beynəlxalq qurumlar da, günahkar olan kimsəyə dərs vermək üçün, özlərinin mənəvi haqqlarını itiriblər. Əslində, ermənilərin dağıtdığı tarixi abidələrə biganə qaldıqca, bu təşkilatlar da, özlərini mədəni dünyanın gözündə dağıdır və qəbrə qoyurlar.
         
           Bir də ki, bütün bu iyrənclikləri həyata keçirməyə, qarşı tərəfin, beynəlxalq erməni lobbisinin və onların maddi imkanları olduqca geniş havadarlarının hərtərəfli dəstəkləri ilə nail ola bilməsi həmişə göz qabağında olub. Bütün bunlar isə, Vətən sevgili hər kəsə kədər dolu bir dövr yaşadıb. Son illər isə, 30 il düşmən tapdağında olan torpaqlarımızın azadlığını görməyimizin qürur və fərəh dolu sevinci ilə bərabər, bu ciddi məsələnin ölkə başçısı səviyyəsində, dövlət qurumlarının, eləcə də bir çox Qeyri — Hökumət Təşkilatlarının fəaliyyətlərində daha çox qabardılması hesabına beynəlxalq səviyyədə əldə olunan uğurlarımız da, bizə, sevinc dolu xoş anlar yaşada bilir. Reallıq budur ki, daşnak hakimiyyətinin Ermənistanı süni surətdə erməniləşdirmək siyasəti, milli maraqlarımıza qarşı yönələn bu istiqamətli bütün cəhdləri getdikcə fiaskoya uğrayır. Ən əsası odur ki, erməni saxtakarlığına, daşnak fırıldağına qarşı mübarizənin ön sıralarında olan Azərbaycanın xaricdəki səfirlikləri və diaspor təşkilatları ilə bərabər, Qeyri — Hökumət Təşkilatları da, fəaliyyətlərini bu istiqamətdə daha geniş səviyyədə aktivləşdiriblər. Bir sözlə, QHT-lərimizin milli, tarixi və gələcək maraqlarımız yönündə keçirdikləri, tutarlı və təkzibolunmaz materiallarla təmin etdikləri müxtəlif tədbirləri, forum və konfransları, çap edib, yaydıqları sanballı kitabları və media vasitələri, televiziya kanallarında fəallıqları, soydaşlarımıza göstərdikləri hüquqi yardımları… hesabına da, milli maraqlarımıza söykənən bu istəklərimizə nail ola bilirik. Bu, həm də ona bir işarədir ki, QHT-lərimiz belə, həyata keçirdikləri layihələrinin üzərində tam olaraq, milli maraqlarımızı nǝzǝrǝ almaqla çalışmağı qarşılarına əsas məqsəd olaraq qoyublar.

          “Elmi Araşdırmalar” İctimai Birliyi də, son vaxtlar, öz fəaliyyətlərində bu istiqamətdə daha fəal olan Qeyri — Hökumət Teşkilatlarından biridir. Milli maraqlarımızın qorunması arxasınca gedən bu təşkilatın keçirdiyi bütün  tədbirləri kimi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə, həyata keçirilməsini planlaşdırdığı növbəti önəmli bir layihəsi də, bu istəkdən irəli gəlib. İctimai Birlik, 15 sentyabr – 15 noyabr, 2022-ci il tarixlərini əhatə edəcək, konkret desək, iki ay müddətində icra olunacaq bu layihəsi çərçivəsində, Ermənistanın ərazisində Azərbaycan xalqına məxsus mədəni irs nümunələrinin məhv edilməsi ilə bağlı, “Erməni vandalizmi: Qərbi Azərbaycan abidələri” adlı sənədli filmin Azərbaycan və ingilis dillərində çəkilişini reallaşdıracaq. Bu barədə,araz.az-a ətraflı məlumat verən ictimai birlik sədri Telman Qasımovun dediklərinə görə, bu ideyaları, indiki Ermənistanın yerləşdiyi və tarixən Azərbaycana məxsus torpaqlarda ermənilərin tarixi-dini və mədəniyyət abidələrinə qarşı törətdikləri vandalizm aktlarını, abidələri saxtalaşdırmaq istiqamətindəki cinayət əməllərini inkarolunmaz sübut və faktlarla beynəlxalq aləm qarşısdında ifşa etməkdən irəli gəlib: “Layihəni sanballı şəkildə, tam olaraq həyata keçirməkdə digər məqsədimiz isə,
erməni işğalçılarının tarixi-dini və mədəniyyət abidələrimizin dağıdılmasını və saxtalaşdırılmasını məqsədyönlü şəkildə həyata keçirdiklərini, eləcə də yerli əhali olan azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini düşünülmüş şəkildə apardıqlarını inkarolunmaz faktlarla sübut etməklə, beynəlxalq təşkilatlara çatdırmaqdan və dünyaya  göstərməkdən ibarətdir. Bununla əlaqədar, əvvəlcə, “Erməni vandalizmi: Qərbi Azərbaycan abidələri” sənədli filminin çəkilməsi üçün, zəruri faktoloji materialların toplanmasını və müsahibələrin alınmasın planlaşdırdıq. Demək olar ki, layihənin tam olaraq həyata keçirilməsi üçün, hər şey hazırdır. Bu işdə əsas olan çəkiliş qrupu da, artıq,  formalaşdırılıb. Bu mövzu üzrə, müsahibələri vacib olan respondentlər də müəyyən edilib.

         Bütün dediklərimi başa çatdırdıqdan sonra, toplanmış materiallar əsasında, “Erməni vandalizmi: Qərbi Azərbaycan abidələri” sənədli filminin ədəbi-bədii ssenarisi yazılacaq, daha sonra isə, ssenari redaktə üçün filmin redaktoruna təqdim olunacaq. Redaktor tərəfindən redaktə başa çatdıqdan sonra da, sənədli filmdəki tarixi məqamlar filmin elmi məsləhətçisi tərəfindən dəqiqləşdiriləcək, zərurət yarandıqda, daha da zənginləşdiriləcək. Bundan sonra isə, ssenari əsasında sənədli filmin montaj prosesi həyata keçiriləcək, mətn oxunacaq, videomontaj həyata keçiriləcək.

         “Erməni vandalizmi: Qərbi Azərbaycan abidələri” sənədli filminin azərbaycan dilində olan versiyası hazırlanaraq, müvafiq ekspert rəyi alınması məqsədi ilə, Azərbaycan Respublikasının Qeyri — Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Ekspert Komissiyasına təqdim olunacaq. Zəruri dəyişikliklər edildikdən sonra, müsbət rəy alacaq və layihə çərçivəsində hazırlanacaq sənədli filmin, növbəti mərhələdə, paytaxt Bakı şəhərində yerləşən ali təhsil müəssisələrindən birində, aparıcı KİV-lərin iştirakı ilə, geniş ictimaiyyətə təqdimat mərasimi həyata keçiriləcək. Sonuncu mərhələdə isə, Azərbaycan Respublikasının Qeyri — Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, layihənin icrası ilə bağlı təsviri və maliyyə hesabatları, eləcə də bütün digər zəruri sənədlər təqdim ediləcək”.

       Telman Qasımovun dediklərinə görə,  hazırlayacaqları bu sənədli film, indiki Ermənistan Respublikasının yerləşdiyi Azərbaycan Respublikasının tarixi ərazilərində ermənilər tərəfindən xalqımıza məxsus mədəni irs nümunələrinin məhv edilməsi və saxtalaşdırılması ilə bağlı müfəssəl məlumatların əksi olacaq deyə, tezliklə, Azərbaycan cəmiyyəti ilə bərabər, beynəlxalq ictimaiyyətə də təqdim ediləcək: “Filmdəki inkarolunmaz sübut və faktlar əsasında, Ermənistanın dövlət səviyyəsində Azərbaycana və azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti yürütdüyü bir daha təsdiqini tapacaq. Bizim tərəfimizdən, filmdə təqdim olunan sübutu inkarolunmaz faktların gənc nəsil tərəfindən mənimsənilməsi də təmin olunacaq. Onu da deyim ki, bu film, indiki və gələcək nəsillər üçün, informasiya müharibəsində zəruri olan faktoloji və arxiv materialı rolunda da çıxış edə biləcək. Tam arxayınlıqla onu da qeyd etmək istəyirəm ki, bu film, həm də məkrli niyyət sahibi beynəlxalq erməni lobbisinə və onların havadarlarına qarşı mübarizənin həmişə ön sıralarında olan Azərbaycanın diaspor təşkilatlarını tutarlı və təkzibolunmaz materiallarla da təmin edəcək”, — deyə, Telman Qasımov maraq doğuran bu söhbətimizi belə yekunlaşdırdı.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …