Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Erməni müğənni Şerin şəri – “Azərbaycan Ermənistanı məhv edəcək”

Erməni müğənni Şerin şəri – “Azərbaycan Ermənistanı məhv edəcək”

Dünya səhnəsinin sönük ulduzu Şerilin Sarkisyan (Şer) twitter hesabında Azərbaycana qarşı əsassız ittihamlar irəli sürüb. Son musiqi albomu 2013-cü ildə çıxan müğənni artıq neçə ildir, təbliğat “val”ını dəyişmədən eyni siyasi narrativlərlə çıxış edir ki, onların içində ən yaddaqalanı bu idi: “Azərbaycandan fərqli olaraq, Ermənistanın nefti yoxdur…” Bu dəfə isə Şer iki tezisi birləşdirərək, içtimaiyyəti aldatmağa çalışır ki, Ermənistandakı bütün uşaq evlərinin sakinləri “Azərbaycan aqressiyasının qurbanlarının övladlarıdır” və “Azərbaycanın nefti olduğu üçün, ona söz deməyə cürət edən yoxdur”.

sherrrr-1665385517.jpg (126 KB)

Şerilin Sarkisyanın “twitter”də 9 oktyabrda paylaşdığı statusda deyilir: “Ermənilər üçün çox qorxuram, onları heç kim Azərbaycandan qorumur. Ermənistanın nefti olmadığı üçün Azərbaycan onu məhv edəcək. İrəvana səfərim zamanı iki yetimxananı ziyarət edərək, yetim uşaqlarla görüşdüm. Onlar valideyinləri azərbaycanlılar tərəfindən öldürüldükləri (doğrandıqları) üçün oraya yerləşdirilmişdi. Neftləri olduğu üçün onlara (Azərbaycana) söz deyən yoxdur…” (Azvision.az)

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …