Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Erməni mətbuatı öz nazirlərini vurdu, Zakir Həsənovu isə təriflədi!

Erməni mətbuatı öz nazirlərini vurdu, Zakir Həsənovu isə təriflədi!

“Qarabağdan həyəcanlı xəbərlər gəlir!”

Strateq.az Ermənistan KİV-nə istinadən bildirir ki, Qarabağdakı hərbi vəziyyətlə bağlı qonşu ölkədə əməlli-başlı panika yaranıb. Erməni mətbuatında həyəcan təbili çalanlar açıqca yazırlar: “Qarabağdakı qaynaqlarımızın iki dəfə dəqiqləşdirdiyi məlumatlara görə, hərbi qarşıdurmanın yeni faktları məlum olub. Və bu yeniliklər bizi ancaq sarsıdıb. Gün ərzində gözləyirdik ki, hökumət öz vətəndaşlarına həqiqəti xəbər verəcək, lakin əhali növbəti dəfə məlumatsızlıq durumunda qalıb. Belə ki, martın 29-30-da cəbhə xəttində toqquşmalar olub və bizim qaynaqların məlumatına görə, xeyli itki vermişik.

Tavuş istiqamətində bir hərbçimiz ölümcül yaralanıb. Seyid Əhmədli istiqamətində bir hərbçimiz öldürülüb. Qarakənddə isə 4 nəfər öldürülüb. Talış istiqamətində Ermənistan vətəndaşı öldürülüb. Bundan başqa, hərbçilər arasında vərəm epidemiyası yayılıb. Yerli əhalinin dediyinə görə, dərman preparatlarının qıtlığı üzündən ağır duruma düşmüş xəstələrin analarının Seyran Ohanyana yönələsi qəzəbinin qarşısını almaq üçün Qarakənd ərazisində yerləşmiş hərbi hissədə səhra hospitalı təşkil olunub. Lakin heç şübhəsiz ki, rəhbərliyimiz bu dəfə də özünü lal-karlığa vuracaq. Təəssüf ki, müdafizə nazirinin dumanlı fəaliyyəti, vətəndaş cəmiyyəti və hətta deputatlar tərəfdən də nəzarətin olmaması bundan sonra da Ermənistan Ordusunda kədərli (mən deyərdim ki, biabırçı) hadisələrə gətirib çıxardacaq. Azərbaycanın müdafiə naziri Zakir Həsənov öz sözünün üstündə durur, bizim Seyran Ohanyan isə əsgər analarını ittiham edir”.

Strateq.az

Həmçinin oxuyun

Arestoviç: İlham Əliyev qüsursuz oyun aparır

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya son səfəri və həmin ərəfədə rusiyalı sülhməramlıların vaxtından əvvəl ölkəmizi …

Bir cavab yazın