Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Erməni deputatlar Bakıya gələ bilər

Erməni deputatlar Bakıya gələ bilər

Azərbaycan və Ermənistan parlamentlərinin qarşılıqlı səfərlərinin təşkili məsələsi müzakirə olunur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” (“Meydan”) qəzeti məlumat yayıb.

Səfər erməni və azərbaycanlı jurnalistlər üçün təşkil olunmuş press-turun davamı kimi nəzərdə tutulub.

Nəşrin məlumatına görə, artıq bu mövzuda ilkin müzakirələr aparılıb.

Bildirilir ki, səfərinə Bakının veto qoyduğu yeganə deputat “Çiçəklənən Ermənistan” fraksiyasından deputat Naira Zöhrabyandır.

Xatırladaq ki, 17-21 noyabr tarixlərində Azərbaycan və Ermənistan KİV nümayəndələrinin səfər mübadiləsi təşkil olunub. Səfər çərçivəsində Azərbaycan jurnalistləri Ermənistanda, işğal altında olan Dağlıq Qarabağ bölgəsində, o cümlədən Şuşa şəhərində olublar. Azərbaycandan Ermənistana “Trend” Agentliyinin baş redaktoru Elçin Vəliyev, 1news.az saytının müxbiri Elşən Rüstəmov və “Vestnik Qafqaza-Azerbaycan”ın müxbiri Orxan Elçuev gedib. Ermənistandan isə Bakıya “Şant” TV-nin icmalçısı Artyom Yerkanyan, “Mediamaks” İA-nın baş redaktoru David Alaverdiyan və  İctimai televiziyanın əməkdaşı Edqar Elbayan gəlib.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …