Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Ükraynalı peşəkar idmançını Bakıda kim həbs etdirib?-VİDEO

Ükraynalı peşəkar idmançını Bakıda kim həbs etdirib?-VİDEO

Ukrayna  Respublikasının  peşəkar boks klubunun prezidenti , ölkəmizdə keçirilən beynəlxalq boks yarışının təşkilati işləri ilə əlaqədar respublikamıza gəlmiş çeçen əsilli Saitov Maqomedemin Moskva şəhərinə gedən zaman beynəlxalq hava limanında saxlanılıb.

Azinforum.az xəbər verir ki, bu məlumatı   tanınmış Vəkil Adəm Məmmədov öz Feysbuk səhifəsində paylaşıb.

Vəkil bildirib  ki, bu gün Ukrayna Respublikasının vətəndaşı olan çeçen əsilli Saitov Maqomedeminin hüquqlarının müdafiəsi üçün müqavilə bağlayıb:”S.Maqomedemin tutulmasına səbəb Ukrayna parlamentinin deputatı ilə aralarında Kiyev şəhərində küçədə anidən baş vermiş mübahisə olub”.

Vəkilin sözlərinə görə,  gün ərzində Saitov Maqomedeminin harda saxlanılmasını müəyyən edə bilməyib:” Uzun çəkən axtarışlardan sonra Azərbaycan Respublikası Baş Prokurorluqdan mənə  bildirildi  ki, bu işlə bağlı Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış idarəsində araşdırılma aparılır”.

Vəkil Adəm Məmmədovun  qeyd edir ki, səylərinə baxmayaraq  o, müvəkkili Saitov Maqomedeminlə görüşə bilməyib:

“Ukrayna mətbuatının yazdığına görə, bu Rusiya dövləti tərəfindən onların ölkəsinə qarşı yönəlmiş təxribatdır”.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …