Cümə , Oktyabr 23 2020
Ana səhifə / Aktual / Ermənistanın baş naziri Nikol Paşinyan ağ bayraq qaldırır

Ermənistanın baş naziri Nikol Paşinyan ağ bayraq qaldırır

Azərbaycan Prezidenti İlham Əliyev əzmli və qətiyyətli siyasi xadim və dövlət başçısı olduğunu bir daha sübut etdi. Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən ağ bayraq qaldırılır.

Azərbaycana qarşı iddia və hikkələrlə danışan Paşinyan artıq kapitulyasiya olmaq astanasındadır. Ermənistan rəhbərliyinin danışıqlarda Azərbaycana şərt qoymaq, danışıqlar prosesinin formatını dəyişmək kimi bütün iddiaları darmadağın edildi. Ermənistan Azərbaycanın tələb etdiyi şərtlər əsasında danışıqlar prosesinə getmək üçün bu gün özü yalvarır.

Döyüş meydanında Azərbaycan əsgərlərinin əldə etdiyi uğurlar diplomatiya meydanında da uğurlara çevrilir və danışıqların şərtlərini Azərbaycan tərəfi müəyyən edir. Prezident İlham Əliyev işğala əsaslanan status-kvonu özü dəyişdirdi. Ermənistanın havadarları olan dövlətlər və böyük güclər tərəfindən təzyiqlərə baxmayaraq, Prezident İlham Əliyev öz prinsipiallığını və qəti əzmini bir daha nümayiş etdirdi. Dövlətimizin başçısı böyük güclər və Ermənistanın havadarları tərəfindən olan təzyiqlərə mərd-mərdanə sinə gərir. Azərbaycanın milli maraqları Prezident İlham Əliyev üçün ən ali dəyərdir.

Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 10 günlük müddət ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. Ermənistana bundan sonra onilliklər lazım olacaq ki, özünə ordu qursun. Ermənistanın dövlət olaraq iqtisadi əsasları əhəmiyyətli dərəcədə sarsıdıldı.

Baza prinsipləri, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında yenidən davam edəcək danışıqlar prosesində Prezident İlham Əliyevin tələb etdiyi kimi, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan vaxt qrafiki hazırlanmalıdır.

Həmçinin oxuyun

“İti qovan” PUA-lar hansı üstünlüklərə malikdir?

Müdafiə Sənayesi Nazirliyinin müəssisələri yeni növ zərbə tipli, daha böyük dağıdıcı gücə malik “İti qovan” …