Şənbə , Fevral 27 2021
Ana səhifə / Aktual / Ermənistandan Qarabağa çağırışçıların göndərilməsi dayandırıldı

Ermənistandan Qarabağa çağırışçıların göndərilməsi dayandırıldı

Ermənistanda orduya qış çağırışı başlayıb və məlum olub ki, çağırışçılar ancaq Ermənistan ərazisindəki hərbi hissələrdə xidmət edəcəklər. Azərbaycan ərazilərinin hazırda Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasına daxil olan hissəsinə çağırışçıların göndərilməsi isə dayandırılıb.

Bu haqda “Sputnik Armenia” bildirir. Məlumata görə, qış çağırışı fevralın əvvəllərindən başlayıb, çağırışçılar hərbi hissələrə püşkatma yolu ilə bölüşdürülürlər. Dağlıq Qarabağdakı hərbi hissələr isə variantlar arasında yer almır.

Xatırladaq ki, Ermənistanın kapitulyasiyasından sonra Dağlıq Qarabağda qalan erməni hərbi birləşmələrinin qalıqlarının taleyinin necə olacağı barədə neçə vaxtdır müzakirələr gedir. Əvvəlcə bu birləşmələrin tərkibində yer alan və müharibədə iştirak edən Ermənistan vətəndaşları məzuniyyətə geri çağırılıblar. Onların yenidən Qarabağa göndərilməsinə cəhdlər edilsə də valideyinlər Ermənistan Müdafiə Nazirliyi qarşısında aksiyalar keçirərək övladlarının yenidən Azərbaycan ərazilərinə göndərilməsinə imkan verməyəcəklərini bildiriblər. Habelə belə xəbərlər vardı ki, Azərbaycan tərəfi də Ermənistandan çağırışçıların Qarabağa qayıtmasına imkan verməyib, onları Gorus-Qafan yolundan buraxmayıb.

Daha sonra qondarma “dqr müdafiə ordusu”nun ləğv ediləcəyi haqda xəbərlər yayılıb, bu xəbərləri Ermənistan rəsmiləri nə təsdiq, nə təkzib edir. Qarabağdakı separatçıların qalıqları isə “müqavilə əsasında xidmət keçən hərbçilərdən ibarət peşəkar birləşmələrin yaradılması” planları haqda danışırlar.

10 noyabr üçtərəfli razılaşması imzalananda və Ermənistan təslim olanda Dağlıq Qarabağın indi Rusiya sülhməramlılarının məsuliyyət zonasına çevrilən hissəsində təxminən 15 minlik erməni silahlı birləşməsinin qaldığı bildirilirdi.

Həmçinin oxuyun

Baş prokurorundan Araik Arutyunyanla bağlı AÇIQLAMA

“Özünü qondarma respublikanın rəhbəri elan etmiş şəxs və onunla birgə olan digər şəxslərə qarşı cinayət …