Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Aktual / Ermənistandan mina xəritələrinin alınması payıza qaldı

Ermənistandan mina xəritələrinin alınması payıza qaldı

Azərbaycanda saxlanılan erməni məhbusların geri qaytarılması və mina xəritələrinin verilməsi ilə bağlı müzakirələr payızda yenidən başlaya bilər.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

“İndi proses bir az dayanıb, xüsusi bir irəliləyiş yoxdur. Bu, beynəlxalq strukturlarda tətil mövsümü ilə əlaqədardır. Siyasi tərəfdən, İrəvanla Bakı arasındakı gərgin atmosfer səbəbindən də irəliləyiş azdır. Lakin payızda Avropa Şurası Parlament Assambleyasında, eləcə də Avropa Şurası Nazirlər Komitəsində müzakirələr gözlənilir”, – deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Ermənistan may ayında Azərbaycanda saxlanılan 15 diversantın azad olunması qarşılığında Ağdamda 97 min tank və piyada əleyhinə minanın yerini göstərən xəritəni Bakıya verib. İyulda isə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri də Rusiyanın təşəbbüsü ilə Azərbaycan tərəfinə təqdim edib. 

Həmçinin oxuyun

“Atan, anan ölsə, yetim qalsan, necə yaşayarsan?” – Bakı Avropa Liseyində BİABIRÇILIQ

Son günlər sosial mediada ən çox müzakirə olunan məsələlərdən biri də Bakı Avropa Liseyinin 5 …