Bazar , Oktyabr 2 2022
Ana səhifə / Aktual / Ermənistanda ölən hərbçilərin yaxınları saxlanıldı – Video

Ermənistanda ölən hərbçilərin yaxınları saxlanıldı – Video

Ermənistanda ölən hərbçilərin yaxınları gecədən “Yerablur” hərbi panteonuna toplaşıb.

“ Azinforum.az ” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, onların məqsədi ölkənin Baş naziri Nikol Paşinyanın panteona girişinə əngəl olmaq olub.

Buna baxmayaraq, səhər saatlarından həmin əraziyə çox sayda polis əməkdaşı cəlb olunub.

Polis hərbçilərin yaxınlarına qarşı zor tətbiq edərək onları ərazidən uzaqlaşdırmağa çalışıb.

Məlumata görə, 37 nəfər saxlanılıb və polis bölmələrinə aparılıb.

Saxlanılanlar arasında qadınlar da var və onlardan ikisinin yaralandığı bildirilir.

Həmçinin oxuyun

Həbsdə olan jurnalist Sənan Həsənoğlu təcili əməliyyat edilməlidir, amma…

Jurnalistlər Sənan Həsənoğlu və İlqar Atabəylinin istintaqı yekunlaşıb, baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. …