Bazar , Yanvar 29 2023
Ana səhifə / Aktual / Ermənistanda məğlubiyyətə görə 900-ə yaxın cinayət işi açılıb

Ermənistanda məğlubiyyətə görə 900-ə yaxın cinayət işi açılıb

İkinci Qarabağ müharibəsində istər hərbi komandanlıq, istərsə də siyasi rəhbərlik tərəfindən törədilmiş qanunsuz hərəkətlərin araşdırılması üçün Ermənistanda 882 cinayət işi açılıb.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, araşdırmanı Xüsusi İstintaq Xidməti, Milli Təhlükəsizlik Xidmətinin İstintaq komitəsi və İstintaq şöbəsi aparacaq.

Məlumata görə, onlarla şəxsə qarşı ittiham irəli sürülüb.

Araşdırmalar rusiyalı jurnalist Semyon Peqovun (“WarGonzo” layihəsinin müəllifi) videoreportajlar daxil olmaqla, Dağlıq Qarabağdakı qondarma rejimin rəhbəri Araik Arutyunyanın telefon danışıqları, “müdafiə ordusu”nun keçmiş komandanı, müharibə dövründə qondrama “təhlükəsizlik şurasının” katibi Samvel Babayanın müsahibəsi və digər materiallar əsasında aparılacaq.

Həmçinin oxuyun

Füzuli Təhsil şöbəsində nələr baş verir..? – Sən saydığını say, gör, Ramella Məmmədova nə sayır..?

Ramella Məmmədova hər yerinə əl gəzdirib, təzələyib, bircə atasının adını və diplomunu  dəyişə bilmir.. Təhsilimizin …