Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Aktual / Ermənistanda döyüşçü rezervlərinin tükəndiyinin daha bir sübutu – Foto

Ermənistanda döyüşçü rezervlərinin tükəndiyinin daha bir sübutu – Foto

Sentyabrın 27-dən etibarən Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi üçün apardığı əks-hücum Ermənistanda vəziyyəti daha da kritikləşdirib. Vəziyyət o yerə çatıb ki, işğalçı ölkə döyüşlərə 1-ci Qarabağ müharibəsi iştirakçılarını da məcburi cəlb edir.

“Qafqazinfo”nun xəbərinə görə, hətta özünü qondarma rejimin Prezidenti kimi təqdim edən Araik Arutyunyan feysbuk hesabında paylaşım edərək veteranlarla görüşdüyünü etiraf edib.

“Əziz həmvətənlər, vəziyyət ölümcüldür… Birinci Qarabağ müharibəsinin iştirakçıları mübarizədə iştirak edirlər”,- deyə separatçı rejimin rəhbəri qeyd edib.

Bundan əvvəl isə Ermənistanda ordudan son 1 ildə tərxis olunmuş bütün hərbçilərin hərbi komissarlıqlara çağırıldığı məlum olmuşdu. Amma qanuna görə, son 1 ildə tərxis olunmuş çağırışçılar hərbi xidmətə yenidən cəlb oluna bilməz.

Bu, Ermənistan tərəfinin işğalı davam etdirmək üçün hərbi rezervlərinin və insan resursunun tükəndiyini bir daha göstərir. 

Bir neçə gün əvvəl sosial şəbəkədə yayılan videoların birində isə qondarma rejimin başçısının erməni əsgərlərini toplayaraq onları döyüşdən geri çəkilməməyə, dincələrək yenidən müharibəyə qayıtmağa çağırdığı görünürdü.

Qeyd edək ki, bu gün Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda da müqaviməti qırılan düşmən bölmələrində kütləvi fərarilik hallarının müşahidə olunduğu vurğulanırdı. 

Həmçinin oxuyun

Zəngilan şəhərində Azərbaycan bayrağı dalğalanır – Video

Azərbaycan Silahlı Qüvvələri həyata keçirdiyi əks-hücum əməliyyatları çərçivəsində bu gün Cəbrayıl, Füzuli, Xocavənd və Zəngilan …