Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Aktual / Ermənistanda azərbaycanlı girovun vəziyyəti pisləşdi – Əməliyyat edildi

Ermənistanda azərbaycanlı girovun vəziyyəti pisləşdi – Əməliyyat edildi

Bu il martın 15-də Qazax rayonunun Ermənistanın Noyemberyan rayonu ilə sərhəd xəttində girov götürülmüş və hazırda həbsdə saxlanılan Elvin İbrahimovun səhhətində problem yaranıb.

“ Azinforum.az ” “News.am”a istinadən xəbər verir ki, o, aprelin 24-də Erebuni Tibb Mərkəzində mədəsindən əməliyyat olunub. Lakin, onun xəstəliyi barədə məlumat verilməyib.

Ermənistanın Ədliyyə Nazirliyindən bildirilib ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri də məlumatlandırılıb.

Qeyd edək ki, 1986-cı il təvəllüdlü, Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatda olan və dəfələrlə müalicə almış, II qrup əlil İbrahimov Elvin Arif oğlu evdən işə getmək adı ilə çıxıb və sərhəd xəttində yolu azıb. Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb və girov götürülüb.

Həmçinin oxuyun

“Qarabağın statusu məsələsi bəyanatda qeyd olunmayıb” – XİN rəhbəri

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransanın “Le Point” jurnalına müsahibə verib. Müsahibədə nazir …