Bazar , Oktyabr 17 2021
Ana səhifə / Aktual / Ermənistana casusluq edən Zəkiyev Aydının həbs olunduğu an – FOTO

Ermənistana casusluq edən Zəkiyev Aydının həbs olunduğu an – FOTO

Ermənistana işləyən, Zəkiyev Aydının həbs olunduğu anın fotosu yayılıb.

Dövlətə xəyanət edən şəxs bu gün həbs olunub.

Qeyd edək ki, əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan vətəndaşı 51 yaşlı Zəkiyev Aydın Zəki oğlunun Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə casusluq edərək Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinə Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparmaqda kömək göstərməklə dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyənləşib.

Aydın Zəkiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi və digər cinayət faktlarına görə məsuliyyətə cəlb edilərək məhkəmənin qərarı ilə həbs edilib.

Həmçinin oxuyun

Prezident əməkhaqları və pensiyaların artırılması ilə bağlı tapşırıq verdi

Prezident İlham Əliyev əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb. “Qafqazinfo” xəbər …