Çərşənbə axşamı , İyun 15 2021
Ana səhifə / Aktual / “Ermənistan sərhəddəki kiçik epizoda görə KTMT-yə məktub göndərir”

“Ermənistan sərhəddəki kiçik epizoda görə KTMT-yə məktub göndərir”

“Yəqin ki, sərhəddə bir insident baş verdiyini eşitmisiniz. Bilirsiniz onlar nə ediblər? Ermənistanın baş naziri Rusiya Prezidentinə, Fransa Prezidentinə, digər dövlət başçılarına zəng vurur. Ermənistan sərhəddəki bu kiçik epizodu beynəlmiləlləşdirməyə çalışaraq rəsmi olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının münaqişəyə cəlb olunması üçün məktub göndərir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, eyni zamanda, onlar NATO-ya məktub göndərir: “Və o məktub dərc olunmuşdu. Bu, tamamilə əks-təsir yaradır və onların hər kəsə iddialarının olduğunu göstərir. Onlar hesab edirlər ki, bütün dünya yalnız onlara necə kömək etmək barədə düşünməlidir. Lakin əgər onlar özlərini müstəqil dövlət hesab edirlərsə, öz qayğılarına özləri qalmalıdır. Biz hazırıq, bildiyim qədərilə Türkiyə tərəfi də hazırdır.

Lakin bir daha Baş nazir Letermin Nizami Mərkəzinin necə yardımçı ola biləcəyi ilə bağlı qaldırdığı məsələyə qayıdaraq, düşünürəm ki, bu mesajı görkəmli siyasətçilər, mərkəzin üzvləri, fikri qiymətləndirilən insanlar vasitəsilə çatdırmaqda, onları tarixin yanlış tərəfində olduğuna və müstəqillik arzularına, həqiqi müstəqil ölkə olmaq arzularına çatmaq üçün bu gün bəlkə də son şanslarının olduğuna inandırmaqda çox yardımçı ola bilər”.

Həmçinin oxuyun

Ərdoğandan Şuşa səfəri ilə bağlı daha bir açıqlama

“NATO zirvəsindən sonra Azərbaycana səfər edəcəm”. Bunu bu gün Brusselə səfərdən öncə keçirilən mətbuat konfransında …