Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Aktual / Ermənistan ordusunun acınacaqlı vəziyyəti – VİDEO

Ermənistan ordusunun acınacaqlı vəziyyəti – VİDEO

İkinci Qarabağ müharibəsi bitsə də, Ermənistanda ordu ilə bağlı problemlər səngimir.

Ermənistan rəhbərliyi məğlub ordunun problemləri ilə maraqlanmır, yaralı əsgərlər isə taleyin ümidinə buraxılıb.

“Müharibə bitsə də ay yarım döyüşən əsgərlər bu gün ölkənin hərbi-siyasi rəhbərliyinin biganəliyi ilə üz-üzə qalıblar. Hökumətin əsgərlərə göstərdiyi acınacaqlı münasibəti əks etdirən görüntülər yayılıb. 44 gün davam edən müharibədən sonra bir çox hərbçi, o cümlədən çox sayda yaralı çağırışçı heç bir şəraiti olmayan yerdə yatır. Əsgərlərin qaldığı binalarda istilik və elektrik yoxdur. Hətta onlar beton üzərində yatırlar. Bu, hakimiyyətimizin təhlükəsizliyimizin qarantı olan əsgərə olan münasibətidir”, – deyə erməni mətbuatı yazıb.

Sosial şəbəkələrdə paylaşılan video etirazla qarşılanıb. Erməni istifadəçilər ordunun acınacaqlı vəziyyətə düşməsinə görə ölkə rəhbərliyini, şəxsən baş nazir Nikol Paşinyanı ittiham edirlər. Azvision.az

Həmçinin oxuyun

Azərbaycanda toylara qoyulan qadağa bu tarixə qədər uzadıla bilər – AÇIQLAMA

Azərbaycanda bir ilə yaxındır ki, koronavirus pandemiyasına görə toyların keçirilməsinə qadağa qoyulub. Artıq gündəlik yoluxanların …