Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Aktual / Ermənistan “Naxçıvan dəhlizi”nin açılmasında maraqlıdır – Paşinyanın sözçüsü

Ermənistan “Naxçıvan dəhlizi”nin açılmasında maraqlıdır – Paşinyanın sözçüsü

Ermənistan Naxçıvanla Azərbaycan digər əraziləri arasında nəqliyyat dəhlizini açmağa hazırdır.

Bu barədə Ermənistan baş naziri Nikol Paşinyanın mətbuat xidmətinin rəhbəri Mane Qevorkyan söyləyib.

“Ermənistan avtomobil və dəmir yolu ilə Rusiya və İrana yük daşımaqda maraqlıdır. Bu kontekstdə Yerevan Azərbaycanın Şərq əraziləri ilə Naxçıvan arasında əlaqəni təmin etməyə hazırdır. Amma bu mövzu üçtərəfli razılaşmanın 8-ci bəndində göstərilən əsir və girovların qarşılıqlı tam dəyişdirilməsindən sonra reallaşa bilər”-deyə açıqlamada bildirilir.

Həmçinin oxuyun

Yasamalın icra başçısı qazinin əlil xanımına üz çevirdi – Fakt

Vətən müharibəsinin qazisi Ağayev Kamran Şakir oğlunun həyat yoldaşı 3-cü qrup gözdən əlildir. Reportyor.info xəbər …