Çərşənbə axşamı , May 21 2019
Ana səhifə / Aktual / Ermənistan Müdafiə Nazirliyi Mərkəzi arxivinin rəisi Elmira öldü

Ermənistan Müdafiə Nazirliyi Mərkəzi arxivinin rəisi Elmira öldü

Ermənistan Müdafiə Nazirliyi Mərkəzi arxivinin rəisi ölüb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, iyulun 5-də saat 23:05 radələrində 46 yaşlı Yerevan sakini Artak Kirakosyan idarə etdiyi “Kia” markalı avtomobillə Tibilisi küçəsinin yol ayrıcında 45 yaşlı Elmira Ananyanı vurub. Bundan sonra, “Kia” yolun hərəkət hissəsində dayanan “Nissan” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində “Nissan”ın sürücüsü, 18 yaşlı Valentina Sarkisyan, onun sərnişini-45 yaşlı Anna Betxemyan və avtomobilin vurduğu piyada Elmira Ananyan bədən xəsarətləri ilə tibb mərkəzinə aparılıblar.

“Kia”nın sürücüsünə ilk tibbi yardım göstərilsə də, o, xəstəxanaya getməkdən imtina edib.

Məlumata görə, Elmira Ananyan Ermənistan Müdafiə Nazirliyi Mərkəzi arxivinin rəisi olub. O, ayaq nahiyəsindən ciddi xəsarətlər alıb. Xəstəxanadan verilən məlumata görə, reanimasiya şöbəsinə yerləşdirilən Ananyan qısa müddətdən sonra ölüb.

Həmçinin oxuyun

Müəllim məsuliyyətsizliyi ucbatından dəhşətli qəza, şagird günlərdir komadadır – VİDEO, FOTO

Şamaxı rayonu M.Ə.Sabir adına qəsəbə sakini Zakir Həmidov redaksiyamıza gələrək şikayətlənib. O, qeyd edib ki, …