Şənbə , Dekabr 15 2018
Ana səhifə / Aktual / Ermənistan istehsalı içkilər MƏHV EDİLDİ – Sumqayıtda (FOTOLAR)

Ermənistan istehsalı içkilər MƏHV EDİLDİ – Sumqayıtda (FOTOLAR)

Bu gün Dövlət Gömrük Komitəsinin müvafiq qurumları tərəfindən istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan malların məhvetmə prosesi həyata keçirilib.
DGK-dən Unikal.org-a verilən məlumata görə, ümumilikdə 7835,7 litr alkoqollu və sərinləşdirici içkilər, 4235700 ədəd tütün məmulatı, 1621.8 kq qarişiq ərzaq məhsulları, 14479.65 kq müxtəlif növ məişət malları məhv edilib. Qeyd edək ki, məhv edilən mallar 2016-18-ci illərdə fiziki şəxslər tərəfindən Nazirlər Kabinetinin 305 saylı qərarı ilə müəyyənləşdirilən normalara əməl olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərildiyi üçün müvəqqəti saxlanc anbarına qəbul edilən və saxlanc müddətində vətəndaşlar tərəfindən həmin malların geri götürülməsinə dair müraciət olunmayan, eyni zamanda istifadəyə yararsız, mənşəyi bilinməyən, həmçinin dövriyyəsi məhdudlaşdırılmış və qadağan olunmuş kateqoriyalarına aiddir.
Eyni zamanda, məhv edilən mallar arasında Ermənistan istehsalı olan istifadəyə yararsız 27 litr spirtli içkilər də olub.
Xatırladaq ki, prosesdə Dövlət Gömrük Komitəsinin “Azterminalkompleks” birliyinin direktoru, gömrük xidməti general-mayoru Ehtiram Xəlilov, Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin müavini Fikrət Ələsgərli, komitənin aidiyyəti qurumlarının əməkdaşları və media nümayəndələri iştirak edib.
Mallar müvafiq ekspert rəyi və məhkəmə qərarına əsasən məhvetmə prosesinə cəlb olunub.
VIPedu.BIZ

Həmçinin oxuyun

Samir Adigözəlli Mübariz İbrahimovu təhqir edən psixoloqu məhkəməyə verir

Dünya Azərbaycanlıları Konqresi icra aparatının rəhbəri Samir Adıgözəlli Milli Qəhrəman Mübariz İbrahimovu təhqir edən psixoloq …