Şənbə , Yanvar 16 2021
Ana səhifə / Aktual / “Ermənistan Bakı-Ceyhan kəmərini çoxdan vura bilərdi, amma bunu etməyib…” -Sarkisyandan növbəti həyasızlıq…

“Ermənistan Bakı-Ceyhan kəmərini çoxdan vura bilərdi, amma bunu etməyib…” -Sarkisyandan növbəti həyasızlıq…

Təcavüzkar Ermənistanın prezidenti Armen Sarkisyan Azərbaycana qarşı növbəti həyasız bəyanatla çıxış edib.
Moderator.az xəbər verir ki, A.Sarkisyan Rusiyanın “RT” kanalına müsahibəsində Bakı-Tbilisi-Ceyhan boru kəmərinin vurulmasından bəhs edib.
“Ermənistan Bakı-Tbilisi-Ceyhan boru kəmərini çoxdan vura bilərdi, amma bunu etməyib. Əgər ermənilər boruya dəymək istəsəydilər,  bunu 20 il əvvəl edərdilər. Bir neçə artilleriya zərbəsi və həmin kəmər olmayacaqdı” -deyən işğalçı ölkə prezidenti hələ Azərbaycana “minnət” də qoymaqdan utanmayıb.
“Ermənilər Azərbaycana boru kəməri çəkməyə, neft və qaz satmağa, milyardlarla dollar qazanmağa və bu pula silah alaraq Dağlıq Qarabağ ermənilərinə qarşı istifadə etməyə icazə veriblər” – deyə  A.Sarkisyan çərənləyib.

Həmçinin oxuyun

Regionda birgə inkişaf: Ermənistanın dirçəlməsi bizə nə vəd edir? – I HİSSƏ – TƏHLİL

Yanvar ayının 11-də Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri …